Klublar Komitəsi danışılmış oyunlarla bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Futbol

Klublar Komitəsi danışılmış oyunlarla bağlı bəyanat yayıb

21:27 - 13 / 12 / 2017
Klublar Komitəsi danışılmış oyunlarla bağlı bəyanat yayıb

AFFA Klublar Komitəsi danışılmış oyunlarla bağlı bəyanat yayıb.

1news.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bəyanatda deyilir:

“Təəssüf hissilə qeyd edirik ki, dünyanın müxtəlif ölkələrində idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdləri ölkəmizdə də müşahidə edilməkdədir. Son vaxtlar ölkə futbolunda baş verən neqativ halların aşkarlanması, bu işdə birbaşa və ya dolayısıyla iştirak edən şəxslərin cəzalandırılması və ədalətli oyun prinsiplərinə əməl olunması təqdirəlayiq haldır. Mövcud problemlə bağlı Klublar Komitəsinin bu gün keçirilmiş iclasında geniş müzakirə aparılıb və UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun təqdim etdiyi məlumatlar dinlənilib. Klublar Komitəsi olaraq idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, ölkə futbolunun inkişafı istiqamətində atılan addımı yüksək qiymətləndiririk. Həmçinin bəyan edirik ki, bu istiqamətdə istər AFFA, istərsə də hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etməyə, hər cür köməklik göstərməyə hazırıq”.

1news.az

Paylaş:
567

Son xəbərlər

Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34
Bütün xəbərlər