Kimsəsiz, gəzə bilməyən bacılar mərhəmətli insanlardan kömək gözləyir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kimsəsiz, gəzə bilməyən bacılar mərhəmətli insanlardan kömək gözləyir – FOTO – VİDEO

14:16 - 19 / 10 / 2017
Kimsəsiz, gəzə bilməyən bacılar mərhəmətli insanlardan kömək gözləyir – FOTO – VİDEO

Bakıda kimsəsiz, xəstə olduqları üçün gəzə bilməyən bacıları görənlərin ürəyi parçalanır.

Söhbət Maştağa qəsəbəsində kiçik, təmirsiz evdə yaşayan Nərgiz və Firəngiz İmranova bacılarından gedir.

Soyuq, heç bir şəraiti olmayan evdə tənha yaşayan bacılara kömək edəcək bir kimsələri yoxdur. 10 il bundan əvvəl anaları soyuq dekabr ayında, Firəngizin doğum günü vəfat edib və bacılar yetim qalıblar.

Nə qədər ehtiyac içində yaşasalar da bir neçə pişiyi himayələrinə götürüb, hətta onlar üçün kiçik evcik də hazırlayıblar. Bu isə bacıların necə böyük, mərhəmətli ürəyə sahib olmalarından xəbər verir.

Qeyd edək ki, bacıların kiçiyi olan Nərgizin yaxşı əl qabiliyyəti var. Evlərinin yeganə bəzəyi də onun çəkdiyi rəsm əsərləridir.

Ayaqları işləmədiyindən əlləri ilə itələnərək və yaxud da yerdə sürünərək hərəkət edirlər. Onların xəstəliyinin səbəbi isə hələ də məlum deyil.

Bacılar əlilliyə görə aldıqları təqaüdlə sözün həqiqi mənasında həyat mübarizəsi aparırlar. Aldıqları kiçik məvacibin yarısı da kommunal xərclərin ödənməsinə gedir. Buna görə də bacıların çox vaxt dərman, paltar, qida məhsulları almağa denmək olar ki, pulları olmur. Çox az tanışlarının və qonşuların yardımı olmasaydı bəlkə də artıq həyatda olmayacaqdılar.

Bir şey dəqiqdir – bu insanların köməyə, xüsusən də müalicə olunmalarına ehtiyacları var. Elektrikli əlil arabalarının olması isə onlar üçün böyük bir arzudur. Təsəvvür edin ki, biz xırda şeylərə, məsələn, havaya görə narazılıq etdiyimiz halda onlar əlil arabası arzu edirlər!

“Biz çox şey istəmirik. Özümüzün qeydinə qala bilirik. Lakin indi hətta bir otaqdan o birinə keçməkdə belə çətinlik çəkirik”- deyə, bacılar bildirir.

Bacılar kiminsə onlara yazığının gəlməsini də istəmirlər. Onlar sadəcə xeyirxah, mərhəmətli, onların dərdini bölüşən və onlarla səmimi söhbət edən insanlara ehtiyac duyurlar. Çox ümid edirik ki, bu cür insanlar tapılacaq və tezliklə bacıların həyatında yaxşı mənada yeni bir mərhələ başlayacaq.

Bacılara kömək etmək istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Firəngiz: (070) 580-59-14

Nərgiz: (070) 713-97-85

1news.az

Paylaş:
1230

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06
Bütün xəbərlər