Kim minir Qazaxın Dilbaz atını, o, alır toyların şal-xalatını... | 1news.az | Xəbərlər
Cəmiyyət

Kim minir Qazaxın Dilbaz atını, o, alır toyların şal-xalatını...

17:45 - 06 / 03 / 2018
Kim minir Qazaxın Dilbaz atını, o, alır toyların şal-xalatını...

“Kim minir Qazaxın Dilbaz atını, O, alır toyların şal-xalatını...”. Osman Sarıvəlli bu misraları təsadüfən yazmayıb. Dözümlüyü ilə fərqlənən Qazaxın məşhur Dilbaz atları idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur.

Ağstafada “Dilbaz” atcılıq təsərrüfatında bu cins atlar saxlanılır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, atcılıq təsərrüfatı yeni yaradılanda, yəni 1997-ci ildə burada 10 baş at var idisə, indi təmiz qanlı Dilbaz atlarının sayı 106 başa çatıb. Prezidentin 2015-ci il avqustun 21-də imzaladığı Sərəncamla Dilbaz atlarının inkişafına 1,5 milyon manat vəsait ayrılıb. Bundan sonra yeni tövlənin inşasına başlanılıb və yaxın zamanda müasir tipli kompleksin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Atlardan yeni balalar da alınır, təsərrüfatda 28 baş madyan bəslənir, keçən il onlardan 6 bala alınıb. Bu il isə 26 bala gözlənilir.

Ağstafa atçılıq təsərrüfatının direktoru Səlimxan Gülalıyev qeyd edib ki, dünyada mövcud 67 at cinsindən ikisi Azərbaycanda yetişdirilir. Bunlar Qarabağ və Dilbaz atlarıdır. Dilbaz atlarının nəslinin nümayəndələrindən 300 ildən çoxdur Qazax atının cinsləşməsində istifadə olunub və indi bu atlar onların adı ilə bağlıdır. Dilbaz atlarını digər atlardan fərqləndirən üstün cəhətlərdən biri də onların burun pərlərinin bir qədər geniş olmasıdır. Bunun nəticəsində bu cins atlar qaçarkən havanı yaxşı yara bilir.

Dilbaz atlarının güclü və cəld olması cıdırda da özünü göstərir. Bakı ippodromunda 1940-2000-ci illərdə keçirilən yarışlarda bu cins atlar daim yüksək yerlər tutublar. 1962-1990-cı illərdə Dilbaz atları ümumittifaq yarışlarında 39 dəfə iştirak edib və 8 dəfə birinci yerə layiq görülüb, 36 dəfə isə müxtəlif attestatlar alıb.

Təsərrüfat sahibi hesab edir ki, bölgədə atçılığın inkişaf etdirilməsi gələcəkdə bu ərazilərə turistlərin gəlməsində də böyük rol oynaya bilər.

Qeyd edək ki, Dilbaz atları bir gündə 130 kiloqram yüklə 45-55 kilometr yol qət edə bilir. Təsərrüfatda ilxı halında saxlanan bu atlar havalar isindikdən sonra Ceyrançöldə ayrılan otlaq sahədə bəslənir.

1news.az

Paylaş:
1171

Son xəbərlər

FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39
Bütün xəbərlər