Kərəm Həsənov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərəm Həsənov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

23:39 - 19 / 02 / 2018
Kərəm Həsənov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 23-də Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Xaçmaz rayonu ilə yanaşı Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaq istifadəçiliyi və inzibatçılığı, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Komitənin 13 saylı ərazi şöbəsi: (2332) 5-39-72; 5-33-55; 5-12-27

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (02332) 5-00-18

Eyni zamanda vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Komitənin 13 saylı ərazi şöbəsi: Xaçmaz r. M.Ə.Rəsulzadə küç. 7b

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: Xaçmaz şəhəri, AZ 2704, Heydər Əliyev pr. 9A.

1news.az

Paylaş:
691

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər