Kənd təsərrüfatı naziri Ağsuda sakinlərlə görüşəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 11:00-da başlayacaq görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Ağsu Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-338-01-58) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
1news.az
568