Kəmaləddin Heydərov Moldova daxili işlər naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Moldova daxili işlər naziri ilə görüşüb

19:58 - 16 / 11 / 2017
Kəmaləddin Heydərov Moldova daxili işlər naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov nazirliyin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş layihələrdə dost Moldova Respublikasının müvafiq qurumları ilə birgə fəaliyyət göstərdiklərini xatırladan nazir ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, FHN-in strukturu və fəaliyyəti, o cümlədən FHN Akademiyası barədə qonaqlara ətraflı məlumat verib.

Nazir Azərbaycan FHN-in Akademiyasında moldovalı gənclərin də təhsil almasının mümkünlüyünü nəzərə çatdırıb.

Moldovanın daxili işlər naziri Aleksandr Jizda Azərbaycan FHN-nə məxsus qüvvələrin Moldovada keçirilmiş təlimlərdə iştirak etdiyini xatırladaraq təcrübə mübadiləsinin çox böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb, müvafiq qurumlar arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini önə çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar.

1news.az

Paylaş:
550

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər