Kəlbəcərdə qəza: üç erməni ölüb
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yol qəzası baş verib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə yanvarın 20-də axşam saatlarında Kəlbəcərdə olub.
“Niva” markalı avtomobil idarə edən O.Q. maşını dərəyə aşırıb. Nəticədə sürücü və onun sərnişinləri A.İ, E.A. hadisə yerində ölüblər.
Bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, onlar Ermənistanın Vayotszor vilayətinin Qladzor kəndinin sakinləridir.
P.Sultanova
408