Kaspşik: "Ofisin genişləndirilməsi cəbhədə gərginliyi azalda bilər" | 1news.az | Xəbərlər
Siyasət

Kaspşik: "Ofisin genişləndirilməsi cəbhədə gərginliyi azalda bilər"

12:23 - 21 / 02 / 2018
Kaspşik: "Ofisin genişləndirilməsi cəbhədə gərginliyi azalda bilər"

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi prinsipləri 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilən sammitlərdə Ermənistan və Azərbaycan  prezidentləri tərəfindən qəbul olunub. Mənim vəzifəm etimad tədbirlərinin qəbul edilməsində tərəflərə dəstək verməkdir.

1news.az xəbər verir ki, bunu erməni mətbuatına müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik deyib.

O bildirib ki, prezidentlərin qərarını alqışlayır və və bu təşəbbüsün konstruktiv şəkildə irəliləməsinə kömək etmək üçün ATƏT sədrliyi, həmsədrlər və tərəflərlə müntəzəm əlaqə saxlamaqda davam edəcək.

Əməkdaşların sayının neçə nəfər artırıla bilməsinə gəlincə, Kaspşik bildirib ki, genişləndirilmiş qrup bir sıra beynəlxalq əməkdaşları əhatə edəcəkdir. Əlavə kadrlar şəxsi nümayəndənin hazırkı səhra köməkçiləri kimi eyni vəzifələri yerinə yetirəcəklər.

Monitorinqin tezliyi dəyişdirilə bilməsinə və müddətinə gəlincə isə o deyib ki, əlavə kadrların olması şəxsi nümayəndənin ofisinin monitorinq tezliyini artırmaq potensialını yaradır.

Şəxsi nümayəndənin qrupunun genişləndirilməsi ön xəttdə gərginliyin azaldılmasına və sabitliyin artmasına kömək edə biləcək bir etimad tədbiri kimi qiymətləndirilə bilər: “Mən gərginliyi və cəbhə xəttində qurbanların sayını azaldacaq hər hansı tədbirləri dəstəkləyirəm”.

P.Sultanova

Paylaş:
559

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər