Karlo Frappi: İtaliya hökuməti TAP konsorsiumuna strateji dəyər verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Karlo Frappi: İtaliya hökuməti TAP konsorsiumuna strateji dəyər verir

12:57 - 22 / 02 / 2018
Karlo Frappi: İtaliya hökuməti TAP konsorsiumuna strateji dəyər verir

İtalyanın Beynəlxalq Siyasət Araşdırmaları İnstitutunun enerji üzrə eksperti Karlo Frappi ilə müsahibəni təqdim edirik:

- Sizcə, TAP layihəsində İtaliyanın Snam Rete Gas şirkətinin iştirakı TAP konsorsiumunun bu ölkənin ərazisində boru kəmərinin tikintisi ilə bağlı problemlərinin həllində köməklik göstərə bilərmi?

- Xəzər dənizindən qaz ixrac kəmərinin fəaliyyətə başlamasının mümkünlüyü on beş ildir ki, İtaliya İqtisadiyyat Nazirliyinin gündəliyindədir. Ölkənin parlamentində fərqli mövqelərin olmasına baxmayaraq, İtaliya hökuməti layihəyə strateji dəyər verir. Fikrimcə, TAP-ın tikintisini başa çatdırmaq üçün güclü siyasi və institusional iradə mövcuddur. TAP-ın səhmdarları arasında SNAM-ın olması layihəyə əlavə töhfə verir. Boru kəmərində İtaliyanın SNAM şirkətinin payının artırılması TAP konsorsiumunun İtaliyada kəmərin tikintisi ilə bağlı üzləşdiyi problemlərin həllinə köməkçi ola bilər.

- Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının IV iclasında Azərbaycan prezidenti İlham Əliyev enerjinin dövlətlərin milli təhlükəsizliyinin bir hissəsi olduğunu və Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi layihəsi olduğunu qeyd etdi. Cənub Qaz Dəhlizinin İtaliyanın enerji təhlükəsizliyində rolu haqqında nə deyə bilərsiniz?

- İtaliya enerji ehtiyatlarından yoxsul ölkədir. Buna görə, iqtisadi inkişaf sabit bir enerji təchizat sisteminin təmin edilməsini və nəticədə Aralıq dənizi və Avrasiyada aparıcı enerji təminatçıları ilə səmərəli enerji tərəfdaşlığı qurmağı tələb edirdi. Azərbaycan bu mənada istisna ölkə deyil. Eyni zamanda, TAP milli enerji təhlükəsizliyinin qorunması üçün əsas vasitədir və qaz təminatının şaxələndirilməsi strategiyasında çox vacib rol oynayır. Buna görə də, ilk növbədə Cənub qaz dəhlizi, 2008-2009-cu illərdəki böhranı zamanı daxili qaz istehlakındakı problemləri nəzərə alaraq, hal-hazırda kifayət qədər geniş olan daxili qaz təminatı sisteminin daha da şaxələndirilməsinə kömək edəcək. Bu baxımdan, yeni qaz təchizatı mənbəyinin bu sistemə əlavə etməklə gələcəkdə həmin qazı ölkə daxili qaz paylayıcı sistem vasitəsilə üçüncü ölkələrə yenidən ixrac etmək olar. Bu, bir tərəfdən, daxili "enerji xərclərinin"nin ümumi dəyərini azaldacaq və digər tərəfdən, Cənubi Avropada İtaliyanın “hab” rolunu gücləndirməklə strateji mövqeyini möhkəmləndirməyə imkan verəcək. Bundan əlavə, Cənub Qaz Dəhlizi İtalyan qaz bazarında rəqabəti və istehlakçıların xeyrinə bazarın "likvidliyini" artıracaq. Bütün bunları nəzərə alsaq, 2017-ci ilin noyabrında qəbul edilmiş Milli Enerji Strategiyası TAP boru kəmərinin reallaşması və yekunlaşması ilə bağlı ölkənin bu layihəyə verdiyi strateji dəyəri bir daha təsdiqlənib.

S.Xankişiyeva

 

Paylaş:
667

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər