Kardioloq Emin Hacıbalayev: Ürək xəstələri mütamadi olaraq həkim nəzarətində olmalıdırlar | 1news.az | Xəbərlər
Müsahibə

Kardioloq Emin Hacıbalayev: Ürək xəstələri mütamadi olaraq həkim nəzarətində olmalıdırlar

13:56 - 03 / 07 / 2019
Kardioloq Emin Hacıbalayev: Ürək xəstələri mütamadi olaraq həkim nəzarətində olmalıdırlar

Ürək xəstəliyi olan insanların sayı getdikcə artmaqdadır. Hətta azyaşlı insanlarda da ürək xəstəliklərinin əlamətlərini görmək mümkündür. Bəs insanda ürək xəstəliklərinin yaranmasının səbəbləri hansılardır? İnvaziv kardiologiya nədir? Hansı hallarda xəstənin ürəyinə stent qoyulur? Bu kimi suallara cavab tapmaq üçün Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayevə müraciət etdik.

Qeyd edək ki, Emin Hacıbalayev 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra 2009-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalının Kardiologiya şöbəsində həkim-intern kimi öz peşəsinə yiyələnib. 2010–2013-cü illərdə Rusiya Federasiyası, Moskva şəhərində yerləşən N.A.Bakulyov adına Ürək-damar cərrahiyyəsi üzrə Milli Tibbi Tədqiqat Mərkəzində Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışıb və invaziv kardiologiya sahəsində sertifikatla təltif olunub. 2012-ci ildə isə elə orada Kardio-cərrahi müdaxillərdən sonra “Təcili kompleks USM diaqnostikası” kursunu müvəffəqiyyətlə bitirib.

2014-cü ildən etibarən Emin Hacıbalayev Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır. Bu zaman ərzində o, Mərkəzi Gömrük Hospitalda yaradılmış yüksək təchizati şəraitdən yararlanaraq ürəyin koronar damarların angioqrafiyası, balon angioqrafiya, by-pass kontrol (şuntoqrafiya, balon angioplastika və stentləmə), periferik damarların angioqrafiyası (renal, aşağı və yuxarı ətrafların angioqrafiyası və müvəqqəti pacemakerin qoyulması) kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirib.

Kardioloq Emin Hacıbalayev fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra edib.

- Emin müəllim invaziv kardiologiya barədə məlumat verərdiniz ?

- İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir.

Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub olmadığı müəyyən olunur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər.

- Hansı hallarda xəstələrə açıq ürək əməliyyatı deyil, invaziv kardiologiya metodlarını təklif edirsiniz?

- Açıq ürək əməliyyatı diaqnozu angioqrafiyadan sonra verilə bilər. Birinci biz angioqrafiyanı edirik, damarlardakı vəziyyəti görürük. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və müəyyən analizləri verməlidir.İnsanın əsas 3 damarında daralma sayı çoxdursa, yəni damarlarda daralma faizi çoxdursa, bu halda açıq ürək əməliyyatı üçün tövsiyyə veririk. Bu hal adətən şəkər xəstələrində baş verir. Əgər daralma sayı azdırsa birinci növbədə stent məsləhət görürük. O cümlədən kəskin infartkla gələn xəstələrdə stent daha məsləhətlidir.

- Son vaxtlar ürəyində narahatlıq olanların stent qoyulması artıb. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, düz vurğulayırsınız. Son illər stent qoyulmasında artım müşahidə olunur. Bunun səbəbi həm diaqnostika sahəsində olan irəlləyişlə bağlıdır, bundan başqa insanların öz sağlamlığına fikir verməsi ilə bağlıdır. Yəni, vətəndaşlar vaxtı-vaxtında həkim yanına gələrək öz sağlamlıqlarını qoruyurlar. Lakin stent qoyulmasının şərtləri və göstərişləri var. Stentin qoyulmasına səbəb damarların 70 faiz üstündə olan daralmalarıdır. Əgər xəstədə belə hal varsa biz ondan stentin qoyulmasını tövsiyə edirik. Bu da öz növbəsində kəskin infarktin qarşısını almağa kömək edir.

- Stendin qoyulmasında yaş fərqi varmı?

- Xeyr, burada yaş fərqi rol oynamır. Bizim 28 yaşdan 86 yaşa kimi xəstəmiz var ki, onlara stent qoyulub. Burada irsiyyət, genetik faktlar rol oynayır.

- İnvaziv prosedurlarla müalicə zamanı risklər nə dərəcədədir?

- İnvaziv prosedurlarla digər prosedurlardakı kimi risklər var. Risklərin ümumi faizi 1000/1-dən az təşkil edir. Bunların içində insult, qanaxma, damarların cırılması, hətta ölüm riskləri var.  Həmçinin alergik reaksiyaları da bura daxil etmək olar.

- Hər bir xəstə bu müdaxilə yolu ilə sağala bilərmi?

- İnvaziv prosedurların birinci məqsədi diaqnozu düzgün qoyma, digəri isə xəstəni sağaltmaqdır. Bu prosedurları etməkdə məqsəd xəstənin ömrünü  uzatmaqdır, onun yaşayış səviyyəsini yüksəltməkdir.

- Xəstə invaziv prosedurlardan sonra özünü necə qorumalıdır?

- İnvaziv prosedurlardan sonra xəstə əgər anju olunubsa və damarlarda ciddi darlıq yoxdursa biz tərəfdən müalicə yazılır ki, darlıq artmasın. Kəskin infartktın qarşısını almaq üçün müəyyən qan duruldacaq dərmanlar məsləhət görürük.

Bir məqamı da xüsusi vurğulamalıyam ki, ürək xəstələri xroniki xəstələr sayıldığı üçün mütamadi olaraq həkim nəzarətində olmalıdırlar. Həkimin tövsiyəsinə uyğun olaraq il boyu müəyəən prosedurlardan keçməlidir.

- Əgər xəstəyə stent qoyulubsa bu halda nə etməldir?

- Əgər xəstəyə stent qoyulubsa onda daha ciddi müalicə alır. Qan duruldan terapiya, ürək çatışmamazlığı terapiyası, həmçinin əgər xəstənin təzyiqi varsa ona uyğun müalicə almalıdır.

- Ürək xəstələri gündəlik qidalara necə riayət etməlidir?

- Ümumiyyətlə əgər xəstədə stent varsa və ya yoxdursa mütləq gündəlik qida rejiminə əməl edilməldir. Çünki son vaxtlar ürək xəstələrinin artmasının bir səbəbi də düzgün qidalanmanın olmaması ilə bağlıdır.Ürək xəstələri  öz qidalarında daha ciddi fikir verməlidirlər.

- İsti yay aylarında ürəyində müəyyən narahatçılıq olanlara nə kimi tövsiyə verərdiniz?

- Əgər xəstə bilirsə ki, onun ürəyində müəyyən problemlər var o hər zaman öz üzərində həkimin təyin etdiyi dərmanları gəzdirməlidir. Yəni, dərman qəbulu davamlı şəkildə olmalıdır. Xəstə özünü bir müddət yaxşı hiss edirsə bu o demek deyil ki, dərmanların qəbulunu kəsməlidir.  Bir çox xəstələr belə hallarda dərman qəbulundan imtina edirlər. Bu düzgün hal deyil.

Yay aylarında tərləmələr tez-tez baş verir. Bədəndə su itkisi olur. Bununla da  qan daha tez laxtalanmağa başlayır. Hətta heç bir problem olamayan insanlarda belə müəyyən problemlə meydana çıxır. Bunun üçün isti vaxtlarda insan gərək günün altında maksimum dərəcədə az olsun. Daha çox maye qəbul etməlidir. Ümumiyyətlə isə, səhhətində hansısa problem çıxırsa vatı-vaxtında həkimə müraciət etməlidir.

1news.az

Paylaş:
2588

Sizin üçün xəbərlər

Son xəbərlər

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08
Bütün xəbərlər