Kapital Bank beynəlxalq tədbirlərdə iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank beynəlxalq tədbirlərdə iştirak edib

11:45 - 18 / 10 / 2017
Kapital Bank beynəlxalq tədbirlərdə iştirak edib

Kapital Bank 16-19 oktyabr tarixlərində Torontoda keçirilən ənənəvi SIBOS – 2017 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edib. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədrinin birinci müavini Fərid Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunublar. SIBOS sərgisi bu il 4 əsas istiqaməti əhatə edib: Bankçılıq, Komplayens, Qiymətli Kağızlar və Texnologiyalar. Mütəxəssislər "Gələcəyin Qurulması" (“Building for the Future”) mövzusunda olan konfransda,  maliyyə sektorunda baş verən dəyişikliklər, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr ediblər. Səfər çərçivəsində həmçinin Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq,  illik yığıncaqda iştirak edib.

“Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri ilə görüşlərimiz oldu. Əsasən banklararası müxbir əlaqələrin qurulması, xəzinədarlıq, qiymətli kağızlar, maliyyə cinayətlərinin qarşısının alınması və valyuta riskləri sahəsində fikir mübadilələri apardıq. Bu ilki tədbirin əsas prioritet istiqamətlərindən biri həmçinin informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Əminəm ki, belə tədbirlərdə iştirak Kapital Bank-ın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Paylaş:
392

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər