Kapital Bank Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib

10:50 - 22 / 01 / 2018
Kapital Bank Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib

Kapital Bank 15-17 yanvar 2018-ci il tarixlərində Londonda keçirilən Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının və BAFT Assosiasiyasını Gələcək Liderlər Proqramı (Future Leaders Program) tədbirində iştirak edib.

Kapital Bank-ı tədbirdə Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrini icra edən Ağarza Baxşıyev təmsil edib.

BAFT-ın layihəsi çərçivəsində proqram iştirakçıları tərəfindən qabaqcıl maliyyə proqramları, kiber təhlükəsizlik, Big Data və süni intellekt, komplayens, risklər və maliyyə qurumlarının qarşısında dayanan bir sıra məsələlər müzakirə olunub və istifadə olunan praktik nümunələr barədə məlumatlar verilib. Proqramda iştirak edənlər tərəfindən sadalanan aktual məsələlər üzrə tədqiqatlar aparılıb. Həmçinin tədbirdə maliyyə sektoruna yeni texnologiyaların tətbiqi və həmin yeniliklərin necə qiymətləndirilməsi barədə də danışılıb.

Ümumi olaraq 4 qrupa bölünən layihədə 16 ölkədən 31 qurumun təmsilçiləri iştirak edib. May ayında Amerikada bitəcək silsilə tədbirlər zamanı, proqram üzrə bir sıra görüşlər və seminarlar təşkil olunacaq.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
922

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər