Jurnalistlər arasında “İntellektual kubok” təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
İdman

Jurnalistlər arasında “İntellektual kubok” təşkil olunub – FOTO

16:38 - 11 / 12 / 2018
Jurnalistlər arasında “İntellektual kubok” təşkil olunub – FOTO

Dekabrın 10-da media nümayəndələri arasında 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa həsr olunmuş “İntellektual kubok” təşkil olunub.

1news.az-ın məlumatına görə, tədbirdə jurnalistlərlə yanaşı futbol klubların mətbuat xidmətində çalışan əməkdaşlar da iştirak edib.

Bakı Olimpiya Stadionunda keçirilmiş “İntellektual kubok”da 13 komanda mübarizə aparıb. 3 saata yaxın davam edən yarışda iştirakçılara Avropa Liqasının tarixi, maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı müxtəlif suallar ünvanlanıb.

Gərgin mübarizə şəraitində keçən “İntellektual kubok”un hər turunda püşkatma nəticəsində təsadüfi seçilmiş 2 komanda bir-birinə qarşı yarışıb. İki komanda arasında keçirilmiş müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan edilib.

Turnirin sonunda İctimai televiziyanı təmsil edən eyniadlı komanda 34 xalla digər rəqiblərini qabaqlayaraq “İntellektual kubok”un qalibi olub. İkinci yeri “CBC Sport-2” komandası tutub. 3-cü pilləyə isə “Penyarol” sahib çıxıb.

Təşkilatçılar qalib komandaya dəyərli hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Tədbirlər haqqında ətraflı məlumatı və Avropa Liqası ilə bağlı xəbərləri www.finalbaku2019.com saytından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
582

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər