Jurnalistin başı konsulun evindən tapıldı - İddia | 1news.az | Xəbərlər
Dünya

Jurnalistin başı konsulun evindən tapıldı - İddia

09:59 - 24 / 10 / 2018
Jurnalistin  başı konsulun evindən tapıldı - İddia

Britaniyanın nüfuzlu nəşrlərindən olan "Skynews" İstanbulda vəhşicəsinə öldürülən jurnalistlə bağlı iddia yayıb.

1news.az  milli.Az bildirir ki, "Skynews"un İstanbuldakı xüsusi müxbiri Aleks Kraufordin əldə etdiyi məlumata görə, "Washington Post"un köşə yazarı Camal Haşoqqinin bədəninin bəzi hissələri Səudiyyənin İstanbuldakı konsulunun evindədir.

İddialara görə, konsul onun cəsədinin hissələrini konsulluq binasından 500 metr uzaqlıqda yerləşən evinin həyətində gizlədib.

Məqalədə Haşoqqinin üzünün tanınmaz hala düşdüyü qeyd olunub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

1news.az  

Paylaş:
1258

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər