1news.az

İTV-də anti-Azərbaycançı sayt və səhifələrin müzakirəsi - VİDEO

16 İyul saat 17:39 ~ 4 dəqiqəlik oxu 480
İTV-də anti-Azərbaycançı sayt və səhifələrin müzakirəsi - VİDEO

İTV-də yayımlanan “Diqqət mərkəzi” verlişinin növbəti buraxılışında Gəncə hadisələrinə, xaricdən idarə olunan Azərbaycanda milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, sosial şəbəkələrdəki səhifələr müzakirə edilib.

1news.az xəbər verir ki, mövzu ilə bağlı aparılan müzakirələrdə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu və “1news.az” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev iştirak ediblər.

Ə.Amaşov bildirib ki, istər Mingəçevirdə elektrik enerjisi böhranı ilə bağlı baş verən hadisə, istərsə də Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd, iki polis zabitinin qətlə yetiriməsi Azərbaycan mediası tərəfindən kifayət qədər operativ işıqlandırıldı, obyektiv informasiya verildi:

“Düzdür, bu informasiyanın verilməsində xaricdən idarə olunan bir sıra xəbər portalları qeyri-obyektiv məlumat yaydlar”.

Xaricdən idarə olunan xəbər portalları və onların Azərbaycana münasibətindən danışan Ə.Amaşov deyib ki, hələ ki, bu məsələlər təhlil olunur, araşdırılır, həqiqətən də bir sıra informasiya vasitələri əvvəlki xətti davam etdirərərk hadisələrə öz mövqelərindən yanaşdılar.

Ə.Amaşov əlavə edib ki, həmin saytlar nuraz.com, arannews, qafqazir və s. saytlardır: “O saytların domenlərinin yerləşdiyi ölkələr kənar ölkələr deyil, çoxu İranda yerləşir və İranyönlüdür. Ruklip. ru Rusiyada yerləşir İran yönlülər tərəfindən  idarə edilir, Türkiydə bir var Rast xeber.com,  İğdırda şiəyönümlü azərbaycanlılar idarə edir. Təhlillər aparakən saytların arxasında kimlərin dayandığını müəyyən etməliyik. Təklif edirəm ki, saytların fəaliyyətini təhlil edərkən Azərbaycan- İran münasbətlərinə toxunmadan öz fikilərimizi inkişaf etdirək.

R.Arifoğlu isə bildirib ki, Azərbaycana qarşı böyük bir təxribat gündəmdədir və ona görə də ehtiyatlı olmalıyıq: “Mütləq çalışırlar ki, baş verənlərə Azərbaycan dindarlarının üsyanı və qisas kimi qiymət versinlər. Bunu o qədər kobud şəkildə edirlər ki, şübhələnməyə bilmirsən. Təhlil edəndə belə bir səhnə ortaya çıxır: Bu proseslərdə birmənalı olraq gəncəlilər iştirk etməyib. İkincisi, Gəncə dindarları da iştirak etməyib. Alınan bütün məlumatlar onu göstəriir ki, Gəncə dindarlarının, Gəncə camaatının , narazı elektoratın belə heç bir hərəkətliliyi, ideya və planı olmayıb.

Bu hadisə əvvəlcədən planlaşdırılıb və şübhə yaratmamaq üçün tək-tək insanlar Gəncəyə daxil olub. Nuraz.com  saytının işlədən İsgəndər adlı  azərbaycanlıdır, vətənə xəyanətdə ittiham edilir və İranda Qum şəhərində ailəsi ilə yaşayır. Mənim özümü də hədəfə aldılar və cavab yazısından sonra susdular, indi yenə də fəallaşıblar. Bir spzlə, bu plan baş tutmadı, Gəncədə narazılara və dindarlara verilən mesjlar alınmadı. Xalq və dindarlar meydana çıxmadı, həbs edilənlər arasında gəncəlilərin azlığı da bunu sübut edir”.

R.Hacıyev isə vurğulayıb ki, bu səhifələrin və saytlaın məzmunu əslində çox sadədir: “Kontentin çox sadə bir mesajı var: əhali ilə hakimiyyət, müəyyən dövlət təmslçiləri, məmurları arasında problem, qarşıdurma yaratmaq, nifrət hissi oyatmaq.

Mingəçevirdə qəza baş verəndə Facebook səhifələrinin birində - sonra bu kütləvi xarakter daşımağa başladı- guya körpələrin doğum evlərində ölməsi xəbərləri yayıldı. Birincisi, bu, 2016-cı ildə bir doğum evində baş verən hadisə idi  və  bu da işıqdan deyil digər səbəbdən olmuşdu. Bu, həssas mövzudur və istənilən insanda etiraz yaradır. Normal mətbuat bu barədə obyektiv məlumat çatdırdı, bunun doğru olmadığını yazdılar. Bu kimi hallar həmin saytların səhifələrinin məzmunu təşkil edir. Onların işinin əsasını dezinformasiya təşkil edir.

Kimlər tərəfindən idarə olunmalarına gəlincə, dövlətimizi istəməyən ona qarşı olan qüvvələrin məhsuludur. İran çətin durumdadır,  kifayət qədər problemləri var, Azərbaycan İranın ən yaxın qonşusudur və tarixi əlaqələr var.  İranda kifayət qədər adekvat insanlar var, inanmıram ki,  bu dərəcədə qeyriiadekvat münasibət göstərsinlər. Amma orda müəyyən qüvvələr var ki, güclü, dünyəvi Azərbaycan xoşlarına gəlməyə bilər. Lakin bununla yanaşı, hesab edirəm ki, bu planları həyata keçirə bilməyəcəklər. Ona görə ki, , dövlət içində güclü narazılıq, problem olmayanda, planlar həyata keçirilə bilmir. Xırda narazılıqlar ola bilər və hər yerdə var, amma ölkəmizdə ciddi problemlər yoxdur. Biz bu gün daha sıx  birləşməliyik”.

Daha ətraflı aşağıdakı linkdə tanış olmaq mümkündür:

1news.az

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net