İtaliyanın Turin Politexnik Universiteti Bakı Ali Neft Məktəbində – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyanın Turin Politexnik Universiteti Bakı Ali Neft Məktəbində – FOTO

11:00 - 12 / 11 / 2018
İtaliyanın Turin Politexnik Universiteti Bakı Ali Neft Məktəbində – FOTO

Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri ilə görüş olub.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga, Rusiya Federasiyası ilə əlaqələr üzrə rektorun məsləhətçisi, prof.Stefano Lo Russo,  Avropa Birliyinin maliyələşdirdiyi layihələr üzrə menecer Francesca Chicco, BANM-ın Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və digər məsul əməkdaşlar iştirak ediblər.

Görüşün məqsədi BANM və Turin Politexnik Universiteti arasında daha öncə imzalanmış əməkdaşlıq müqaviləsinin detallarını müzakirə etmək, yeni əməkdaşlıq istiqamətlərini təyin etmək olub.

Görüş zamanı rektor Elmar Qasımov Ali Məktəbin statistik göstəriciləri, məzunları, tədris proqramları və təcrübə imkanları haqqında nümayəndələrə ətraflı məlumat verib. Daha sonra rektor Turin Politexnik Universitetilə ikili diplom proqramları istiqamətində əməkdaşlıq və Erasmus+ proqramı vasitəsilə tələbə mübadiləsi imkanlarından danışıb.

Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga Ali Məktəbdə qonaq olduğundan böyük məmnunluq hissi keçirdiyini bildirib. Daha sonra xanım Verga Turin Politexnik Universiteti, mübadilə proqramları və universitetdəki mövcud kurslar haqqında məlumat verib.

Daha sonra Turin Politexnik Universitetindən dəvətli professorların BANM-da dərs deməsinin mümkünlüyü, Universitetin yuxarı kurs tələbələrinin BANM-a gələrək sənaye təcrübə proqramlarında iştirak etmələri, eləcə də digər tələbə və müəllim mübadilə proqramları barədə danışıqlar aparılıb.

Görüşün sonunda qonaqlar kampusla tanış olmaq üçün neft-qaz mühəndisliyi üzrə laboratoriyalarla yaxından tanış olublar, idman komplekslərinı gəziblər.

S.Xankişiyeva

 

Paylaş:
518

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər