1news.az

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir – FOTO

20 Noyabr saat 10:35 ~ 1 dəqiqəlik oxu 52
İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir – FOTO

İtaliyanın məşhur Maire Tecnimont şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətin mühəndislər komandasına qatılmaq üçün Bakı Ali Neft Məktəbinin (BANM) beşinci kurs tələbələri arasından seçim edir.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, seçim mərhələsinin ilkin mərhələsində şirkətə müraciət etmiş 56 tələbədən 25 nəfəri seçilib. İkinci mərhələdə isə şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern şəxsən iştirak edərək tələbələrlə görüşüb.

Görüşdə həmçinin şirkətin İnsan resurları üzrə rəhbəri Aidə Bəşirova və İnsan resursları üzrə mütəxəssis Səidə Quliyeva iştirak ediblər.

İkinci mərhələdə tələbələrə “case study” (praktik çalışma) verilib, daha sonra tələbələrin onun ətrafında işləmələri, hər bir tələbənin verilmiş məsələnin həllinə yanaşması və müzakirələri müşahidə edilib.

Şirkət nümayəndələri ikinci mərhələdən seçilən tələbələrin adlarını tezliklə açıqlayacaqlarını bildiriblər.

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net