İsveçrənin Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrənin Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır – FOTO

09:23 - 22 / 02 / 2019
İsveçrənin Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır – FOTO

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Konfederasiyasının iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Qraubünden kantonuna işgüzar səfər edib.

1news.az-a Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyindən verilən xəbərə görə, səfər çərçivəsində səfir Xanım İbrahimovanın Qraubünden kantonu hökumətinin prezidenti Yan Domenik Parolini ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilmiş, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilib. Səfir Xanım İbrahimova Azərbaycan ilə Qraubünden kantonu arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulayıb.

Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Yan Domenik Parolini ölkələrimizin institusional qurumları arasında münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

S.Xankişiyeva

Paylaş:
589

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər