İsveçrədə Azərbaycan iqtisadiyyatına maraq artıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrədə Azərbaycan iqtisadiyyatına maraq artıb - FOTO

12:37 - 10 / 06 / 2019
İsveçrədə Azərbaycan iqtisadiyyatına maraq artıb - FOTO

78 min şirkəti özündə birləşdirən İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı olan “Erfolg” (Müvəffəqiyyət) qəzeti son buraxılışında Azərbaycan iqtisadiyyatına geniş yer ayırıb.

1news.az-a ölkəmizin İsveçrədəki səfirliyindən verilən məlumata görə, cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı, İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin “Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır.

Qəzetin tarixində nadir hallardan biri kimi, “Müsahibə” bölməsinin bu dəfəki qonağı ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova olub. Səfir Azərbaycan-İsveçrə münasibətlərindən danışaraq, son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Cari ilin iyun ayında Bern şəhərində ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriiləcəyini qeyd edən səfir hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib. Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. 2018-ci ilin oktyabr ayından etibarən Bakı-Cenevrə-Bakı birbaşa reysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd edilib.

Son illərdə iki ölkənin iqtisadi yönümlü təşkilatları arasında əməkdaşlıq əlaqələri inkişaf edir. 2018-ci ilin oktyabr ayında İsveçrənin “Switzerland Tourism” təşkilatı və İsveçrə Turizm Bürosu arasında Əməkdaşlıq haqqında Memorandumu imzalanmışdır. Cari ilin iyun ayında isə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında Əməkdaşlıq haqqında Memorandumların imzalanması nəzərdə tutulur. Bu barədə razılıq, Səfirliyin İsveçrə kantonlarına həyata keçirdiyi işgüzar səfərlər zamanı əldə olunub.

Cari ilin iyun ayında Sürix şəhərində İsveçrə-MDB Birgə Ticarət Palatası ilə birgə biznes forumun təşkili də nəzərdə tutulan tədbirlər arasındadır. 2019-cu ilin oktyabr ayında isə, Qərbi İsveçrənin işgüzar dairələrindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin təşkili gözlənilir.

1news.az

 

 

Paylaş:
607

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər