İsveç-Azərbayan Assosiasiyası SAF: qəlblərdə Vətən hissini qoruyaraq – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveç-Azərbayan Assosiasiyası SAF: qəlblərdə Vətən hissini qoruyaraq – FOTO – VİDEO

15:35 - 14 / 09 / 2018
İsveç-Azərbayan Assosiasiyası SAF: qəlblərdə Vətən hissini qoruyaraq – FOTO – VİDEO

30 min azərbaycanlının yaşadığı İsveçdə çoğrafi əhatəlilik, məqdəs və proqrama görə fərqlənən bir neçə diaspor təşkilatı fəaliyyət göstərir.

Bu dəfə ötən ilin fevralından fəaliyyət göstərən İsveç-Azərbaycan Assosiasiyasının (SAF) fəaliyyətindən danışacağıq.

SAF-ın əsas məqsədi Stokholmda yaşayan azərbaycanlı icmasını birləşdirməkdir. İcma azərbaycanlıların milli kimiliyini saxlamaqla, İsveç cəmiyyətini Azərbaycanın mədəniyyət və ənənələri ilə tanış etməkdir.

“Təşkilatımız mədəni komponentin əsasını təşkil edir. Qeyri-kommersiya təşkilatıyıq, eləcə də siyasət və ticarətdən uzaqıq”, - asossiasiyanın rəhbəri Sevda Dadaşova qeyd edib.

Onun sözlərinə görə, asossiasiya 200-dən çox insanı birləşdirərək, emosional şüarla fəaliyyət göstərir: “Vətəndən uzaq olsaq da, o hər zaman qəlbimizdədir”.

SAF müntəzəm olaraq müxtəlif tədbir və görüşlər keçirir. Burada Azərbaycandan olan qonaqlar – rəsmi şəxslər, ictimai xadimlər, musiqi və incəsənət nümayəndələri iştirak edir.

Assosiasiyanın ilk tədbiri 2017-ci ilin martında baş tutub. Tədbir Novruz bayramına həsr olunub. Sevda Dadaşovanın sözlərinə görə, mərasimə 500-ə yaxın qonaq qatılıb.

Hazırda assosiasiyada iş üç istiqamətdə aparılır:

- Azərbaycan icmasının İsveç cəmiyyətinə inteqrasiyası ilə bağlı müntəzəm seminarlar keçirilir, hər cür ayrıseçkilik və hüquqların qorunması ilə bağlı konsultasiyalar təqdim olunur. Bu istiqamət SID adlı qrup çərçivəsində aparılır.  

- Azərbaycanın milli bayramları və xüsusi günlərlə bağlı təntənəli tədbirlər təşkil edilir. Bu istiqamət BEST adlı qrup çərçivəsində aparılır.  

- Bu ilin senytabrından SAF böyüklər və uşaqlar üçün “BAKU land” adlı təlim-tədris kursları da təşkil edib. Burada Azərbaycanın milli rəqsi, rəsm, şahmat, yoqa, vokal, informatika ilə yanaşı, Azərbaycan, İsveç, ingilis və rus dilləri də tədris olunur.

Sevda Dadaşova İsveçə ailə vəziyyətilə bağlı 17 il öncə gəlib. Hazırda o, Stokholmda yaşayır. Onun sözlərinə görə, uzun illər burada azərbaycanlı icmada fəal iştirak edib. Eləcə də digər diaspor təşkilatlarının işində də yaxından iştirak edib. Nəticəsə öz işini qurmaq ideyası yaranıb.

Hazırda SAF İsveçdə fəaliyyət göstərən digər təşkilatlarla da yaxından əməkdaşılıq edir. Sıx əlaqələr Azərbaycanın İsveçdəki Səfirliyi tərəfində də dəstəklənir.

Sevda Dadaşovanın sözlərinə görə, onun rəhbərlik etdiyi Assosiasiya bütün imkanlardan istifadə edərək Azərbaycan bayrağının dalğalanmasına və ölkəni qürurla təmsil etməyə hazırdır.

Sentyabrın 13-də Stokholmda SAF nümayəndləri ilə Nobel Muzeyinin direktoru Olov Amelinlə görüş keçirilib. Görüşün məqsədi muzeydə XIX əsrin sonlarında Nobel qardaşlarının Bakıda neft şirkətinin fəaliyyəti, eləcə də Bakı neftinin dünya neft sənayesində yeri ilə bağlı ekspozisiyaların təqdim olunmasıdır.

İsveçdə yaşayan azərbaycanlılar arasında siyasi fəallar da var. Nümunə üçün, Aylin Fazelian və Aydan Kərimli bacıları. Onlar sentyabrın 10-da ölkə parlamentinin qərarına əsasən parlament seçkiləri zamanı seçiliblər.  

Azərbaycanlı bacılar İsveçdə millət vəkili seçildilər

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1734

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıbBu gün, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunubBu gün, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıbBu gün, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcəkBu gün, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıbBu gün, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEOBu gün, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 16:48COP29-un rəsmi saytı istifadəyə verilibBu gün, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıbBu gün, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edibBu gün, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilibBu gün, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57
Bütün xəbərlər