İstirahət günü hava yağmursuz keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günü hava yağmursuz keçəcək

12:51 - 25 / 11 / 2017
İstirahət günü hava yağmursuz keçəcək

Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 4-9°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
499

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər