İsrailli ekspert: Bolqarıstanda antisemit və faşist Njdenin abidəsinə yer yoxdur | 1news.az | Xəbərlər
Siyasət

İsrailli ekspert: Bolqarıstanda antisemit və faşist Njdenin abidəsinə yer yoxdur

16:35 - 13 / 05 / 2019
İsrailli ekspert: Bolqarıstanda antisemit və faşist Njdenin abidəsinə yer yoxdur

XX əsrin sonunda və XXI əsrin əvvəlində kütləvi qırğın və minlərlə insanın qətlə yetirilməsi mənəvi, əxlaqi, siyasi və digər problemlərin bütün kolliziyalarının istinad nöqtəsi oldu.

Holokost yəhudi xalqının yaddaşında dəhşətli və dözülməz hadisədir. Bu, vəhşiləşmiş və quduzlaşmış faşist rejimi tərəfindən yəhudilərin ağrı-acısı, alçaldılması, təhqir olunması, kütləvi şəkildə qətlə yetirilməsidir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirlər İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun Bolqarıstanın rəsmi “Trud” qəzetində dərc edilmiş “Bolqarıstanda antisemit və faşist Njdenin abidəsinə yer yoxdur” sərlövhəli məqaləsində yer alıb.

Ekspert yazır: “Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına müdaxilə etmirik. Lakin Holokost kimi vəhşi cinayətdə əli olan insanların milli qəhrəmana çevrilməsi faktı qarşısında da susa bilmərik.

Biz, israillilər iki il əvvəl Yerevanda faşist və antisemit, nasistlərin əlaltısı Qaregin Njdeyə abidə ucaldılmasına necə baxmalıyıq? Bir ölkə insanlığa qarşı cinayətlərdə ittiham olunan faşist cinayətkarı özünün milli qəhrəmanı elan edə bilərmi? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir olunmasıdır. Şəxsən mənim, Ukraynada faşistlər tərəfindən babasının bütün ailə üzvlərinin qətlə yetirdiyi insan üçün bu sızlayan bir ürəkağrısıdır. Məhz bu səbəbdən də bu, mənim üçün şəxsi faciədir”.

Arye Qutun fikrincə, artıq uzun illərdir ki, Ermənistanda kiçik bir icma halında yaşamalarına baxmayaraq, yəhudilər mənəvi zorakılığa məruz qalır, burada antisemit kitablar nəşr edilir, televiziya kanallarında bu ruhda verilişlər efirə gedir, həmçinin Yerevandakı Holokost qurbanlarının xatirəsinə qoyulmuş memorial lövhə dəfələrlə təhqir olunub.

Ekspert vurğulayır: “Mənim nöqteyi-nəzərimdən Yerevanda erməni faşisti və antisemit Qaregin Njdeyə abidə qoyulması bir daha sübut edir ki, müasir Ermənistanda həm mənim xalqımın nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərin genişmiqyaslı kultu yaradılıb. Onların “şərəfinə” xatirə sikkələri buraxılır, bədii və sənədli filmlər lentə alınır.

Bu yaxınlarda məlum olub ki, Bolqarıstanda Njdenin xatirəsinə abidə qoyulması barədə qərar da qəbul edilib.

Ermənistanın dünya ictimaiyyətinin susqun razılığı və biganəliyi fonunda bu faşistə Yerevanda abidə ucaltması azmış kimi, onlar bu başkəsən faşistə və nasistə artıq Bolqarıstanda da heykəl qoymağı qərara alıblar”.

Məqalədə yazılır: “Njdenin işinin təhqiqatı üzrə ittiham aktından məlum olduğu kimi, “müttəhim Q.E.Ter-Arutyunyan 1933-cü ildə irqçiliyi təbliğ edən və mahiyyəti etibarilə faşist təşkilatı olan “Tseqakron” daşnak gənclər təşkilatı yaratmaq üçün xüsusi olaraq Amerika və digər ölkələrə gedib”. 1934-cü ilin əvvəlində Njde ABŞ-dan Bolqarıstana qayıdıb və burada əksəriyyəti keçmiş daşnaklardan ibarət olan ayrıca təşkilat yaradıb. Həmin təşkilat İkinci Dünya müharibəsinədək fəaliyyət göstərib.

Qaregin Njdenin Bolqarıstandakı tərəfdarları “Razmik” qəzeti ilə paralel olaraq “Rasa i Rodina” adlı faşist jurnalı da buraxırdılar. Amerikada, öz növbəsində, erməni faşizmini təbliğ edən “Taronakanutyun” nəşri də işıq üzü görürdü.

Beləliklə, Almaniyanın SSRİ-yə müharibə elan etməsi ərəfəsində Njde erməni faşistlərinin lideri kimi tanınmışdı və onun haqqında məlumat Berlinədək gedib çıxmışdı. Təsadüfi deyil ki, Almaniyanın Sovet İttifaqına hücumundan əvvəl, 1941-ci ildə Njde ilə görüşmək üçün erməni mühəndisi, Reyxin altıncı təhlükəsizlik idarəsinin “S” şöbəsinin əməkdaşı Pyotr Kamsarakan Almaniyadan Sofiyaya gəlib. Sonuncu SSRİ, Yaxın və Uzaq Şərq ölkələrinə qarşı əkskəşfiyyat fəaliyyəti ilə məşğul olub”.

Arye Qut vurğulayır: “Qareqin Njde ilə Sofiyada keçirilən görüşdə əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Artıq Sovet İttifaqı ilə müharibənin başlanmasından sonra Njde 1942-ci ildə Berlində Almaniyanın Sovet İttifaqına qarşı mübarizəsinə kömək etmək və Ermənistanda faşist Almaniyasının protektoratı altında hökumət qurulması məqsədi ilə yaradılmış işğal edilmiş şərq əraziləri üzrə nazirliyinin təsis etdiyi “Erməni milli şurası”na üzv olur. O, 1942-ci ildə alman kəşfiyyatının tapşırığı ilə Berlinə gedir. İstintaq materiallarından göründüyü kimi, müharibə illərində Njdenin əmri ilə Bolqarıstandan 40 erməni zabiti Berlin yaxınlığında təlim keçmək üçün cəlb olunub. Onlar burada bir neçə ay təlim gördükdən sonra sovet qoşunları ilə mübarizə aparmaq üçün Krıma göndəriliblər. Əsas məqsəd onların gələcəkdə casus-diversiyaçı fəaliyyəti göstərmək və alman faşist qoşun hissələrinin Ermənistanın sərhədlərinə yaxınlaşdığı vaxtda üsyan hazırlamaq üçün Sovet Ermənistanına göndərilməsi olub. Erməni hərbi əsirlər qarşısında dəfələrlə təbliğat xarakterli çıxışlar edən Njde onları SSRİ-yə qarşı silahlı üsyana çağıraraq deyib: “Almaniya uğrunda həlak olanlar, Ermənistan uğrunda canlarını fəda edirlər”.

İsrailli ekspertin sözlərinə görə, bolqarların çoxu arxiv sənədləri ilə təsdiqini tapmış tarixi faktları bilmirlər. O qeyd edir: ”General Njdenin komandanlığı altında erməni legionunun məqsədi (onun özü də minlərlə yəhudinin qətlində şəxsən iştirak edib) yəhudilərə və alman ordusu üçün “münasib olmayan” digərlərinə qarşı basqınların təşkili və onların öldürülməsi olub. Məhz erməni legionunun fəaliyyəti nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları tamamilə yəhudilərdən təmizlənib”.

1948-ci il aprelin 24-də SSRİ DTN yanında keçirilən xüsusi iclasda Qaregin (Ter-Arutyunyan) Njde 25 il həbs cəzasına məhkum edilib.

Qutun yazdığına görə, yuxarıda göstərilən faktlardan sonra bolqar ictimaiyyəti faşizm təbliğatı qarşısında susmamalı, başkəsən faşist və antisemit Njdenin Bolqarıstanda heykəlinin qoyulması ehtimalına göz yummamalıdır.

Müəllif qeyd edir: “Vurğulamaq lazımdır ki, bu qana susamış faşistlərin kultunun təbliği hansısa marjinal siyasi qruplaşmalar tərəfindən deyil, dövlət səviyyəsində, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyinin dəstəyi ilə təbliğ olunur.

Mən, ailəsi dəhşətli Holokost vəhşilikləri yaşamış bir israilli və yəhudi kimi, Bolqarıstanın Avropada tam bir yəhudi icmasını faşist ölüm düşərgəsindən xilas etdiyini, bolqar çarı Borisin isə müharibə vaxtı Hitlerə etiraz edən yeganə dünya lideri olduğunu unuda bilmərəm. Yəhudiləri xilas etməyə cəhd göstərərək deportasiyaya qarşı fəal üsyan edən bolqar pravoslav kilsəsinin patriarxı arxiyepiskop Stefan onlara xaç suyuna çəkilmələri barədə saxta sənəd verirdi. Plovdivdə kilsəyə başçılıq edən yepiskop Kirill faşistləri dəmir yolu relslərinə uzanmaqla qorxudaraq yəhudilərə vəd edirdi: “Sizi haraya göndərsələr. Mən də oraya gedəcəyəm”. Bolqarıstan bütün yəhudiləri faşistlərdən qorumağı bacaran yeganə Avropa ölkəsidir. Bax bu səbəbdən Bolqarıstan xalqı “Sülh carçısı” fəxri adını daşımağa layiqdir.

Bolqar xalqının bütün bu mərdlik, igidlik və yəhudilərə qarşı böyük insani ləyaqət nümunələrindən sonra ermənilərin Bolqarıstanda faşist və antisemit, nasist və daşnak xüsusiyyətlərini özündə cəmləşdirmiş Qaregin Njdeyə heykəl qoymağa qərar verməsi barədə xəbəri eşitmək mənim üçün dəhşətli dərəcədə xoşagəlməzdir. Müharibədə 6 milyon ən yaxşı oğul və qızlarını itirən İsrail xalqı üçün general Njde bir xain və faşistidir. Tarix İkinci Dünya müharibəsi illərində Vermaxtın tərkibində faşist Njdenin də rəhbərlərindən biri olduğu 20 minlik erməni legionunun vəhşiliyini unutmayacaq”.

Məqalənin müəllifi sualla müraciət edir: “Məgər bunlardan sonra biz müasir Ermənistanda erməni faşistinin və antisemitin milli qəhrəman səviyyəsinə yüksəldilməsinə necə biganə qala bilərik? Ermənistan azmış kimi, hələ yəhudiləri xilas edən Bolqarıstanda da bu başabəla “qəhrəmana” heykəl qoymağa qərar veriblər. Ümumdünya, habelə Rusiya yəhudi konqreslərini, o cümlədən Rusiyanın və Bolqarıstanın Holokostla məşğul olan yəhudi təşkilatlarını bu təxribatın qarşısını almağa çağırıram.”

S.Xankişiyeva

Paylaş:
567

Son xəbərlər

“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24
Bütün xəbərlər