İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri qardaşlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri qardaşlaşıb

17:17 - 07 / 03 / 2018
İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri qardaşlaşıb

Martın 7-də İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri arasında “Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb.

1news.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən imzalanma mərasimində İsrailin Azərbaycandakı səfiri Dan Stav da iştirak edib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı rayonu, onun tarixi, milli tərkibi, müstəqillik illərindəki sürətli inkişafı, sosial-iqtisadi sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verib.

Səfir Dan Stav İsraillə Azərbaycanın strateji əməkdaşlığından danışıb, iki şəhər arasında qardaşlaşmanın qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasında əhəmiyyətini vurğulayıb.

Kiryat Bialik şəhərinin meri, nümayəndə heyətinin rəhbəri Eli Dukorski qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, şəhərlər arasında əməkdaşlıq sazişi insanların daha sıx qarşılıqlı əlaqələrinin qurulması, ünsiyyətin yaranması baxımından çox faydalı olacaq.

Sonra İsmayıllı və Kiryat Bialik şəhərləri arasında “Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb. Sazişi rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Kiryat Bialik şəhərinin meri Eli Dukorski imzalayıblar.

Qeyd edək ki, İsrailli qonaqlar səfər çərçivəsində İsmayıllı şəhərində, Lahıc qəsəbəsində, İvanovka və vaxtilə yəhudilərin yaşadıqları Mücühəftaran kəndində olub, şəhərdəki tarix-diyarşünaslıq muzeyinə, Yapon bağına, özəl xalça emalatxanasına, velosiped istehsalı zavoduna gedib, Od çərşənbəsi bayramında iştirak ediblər.

1news.az

 

 

Paylaş:
556

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər