“İşgəncə vermək üçün onu İsmayıllıya apardım...” – Dəhşətli qətl | 1news.az | Xəbərlər
Cəmiyyət

“İşgəncə vermək üçün onu İsmayıllıya apardım...” – Dəhşətli qətl

11:39 - 15 / 02 / 2018
“İşgəncə vermək üçün onu İsmayıllıya apardım...” – Dəhşətli qətl

İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

1news.az-ın Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 xəsarət yetirib.

İki övlad anası olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürüb.

Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, özü fərdi əməklə məşğul olub,arvadı şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini qadını izləməklə təsdiqləyib: “Arvadımı öldürmək niyyətim yox idi. Ona işgəncə vermək, bununla dərs almasına nail olmaq istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə onunla mübahisə etdim. İşgəncə vermək məqsədi ilə evdə saxladığım xəncərlə onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdim”.

1news.az

Paylaş:
799

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər