İsfar Sarabski Fransa cazsevərlərinin qəlbini fəth edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsfar Sarabski Fransa cazsevərlərinin qəlbini fəth edib - FOTO

13:00 - 14 / 01 / 2018
İsfar Sarabski Fransa cazsevərlərinin qəlbini fəth edib - FOTO

Ölkəmizin Fransadakı səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin Parisdə konserti keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konsertin tamaşaçıları arasında xarici ölkələrin səfirlərin, diplomatlar, tanınmış musiqiçilər, cazsevərlərlə bərabər, Fransanın aparıcı musiqi prodüserləri də olublar.

Azərbaycanlı pianoçunu zərb alətində Patrick Goraguer və bas gitarada Maurizio Congiu müşayiət ediblər.

Konsertdə İsfar Sarabskinin “G-Man”, “The Egde”, “Prelude”, “Liıping Stranger”, “Planet” bəstələri, eləcə də John Coltranenin “Giant Steps” və Oscar Levantın “Blame it on my youth” standart caz nümunələri ifa olunub.

İstedadlı pianoçu caz, klassik və Azərbaycan milli musiqisinin ritmlərini birləşdirərək öz kompozisiyasını təqdim edib. İ. Sarabskinin melodiya və ritmi ilə fərqlənən caz musiqisi peşəkarlar və cazsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Konsertdən sonra fransalı cazsevərlər konsertlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

Beynəlxalq Vəkillər Kollegiyasının üzvü, vəkil Evelyne Stirn: “Ölkənizi, onun mədəniyyətini Parisdə fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının prezidenti Aytən Muradovanın sayəsində tanıdım. Azərbaycan mədəniyyətinə, musiqisinə heyranam. Vəkil olmağıma baxmayaraq, musiqini çox sevir və özüm də mahnı ifa edirəm. Bu axşamkı konsertdən xüsusi zövq aldım. Gənc bir pianoçunun belə istedada malik olması, onun ifası məni heyran etdi. Bu gənc pianoçu Azərbaycanın tarixini xatırlatdı, əsrlərlə qurub-yaradılan mədəniyyətin xoş gələcəyindən xəbər verdi. Sarabski bir daha göstərdi ki, Avropa bölünməzdir, Azərbaycan da onun bir hissəsidir”.

Vaxtilə nazir və dövlət katibi olmuş Olivier Stirn: “Mən Fransa siyasətçisiyəm. Beş prezidentlə işləmişəm. Hazırda siyasi fəaliyyətimi Prezident E.Makronla davam etdirirəm. Azərbaycan ən yaxşı davamlı inkişaf edən ölkədir. İqtisadiyyatının bütün sahələri, xüsusilə də son illər turizm, kənd təsərrüfatı sürətlə inkişaf edir. Perspektivli gənc ölkəniz var. Çox şadıq ki, Azərbaycan Avropanın bir hissəsidir. Bu gün dinlədiyimiz istedadlı pianoçu kimi gənclərinizin timsalında ölkənizin böyük gələcəyi var. Konsertdən çox məmnun oldum. Xüsusi zövq aldım”.

Digər cazsevərlər - Aouatef və Shopie də təəssüratlarını bölüşərək, istedadlı gənc pianoçu İsfar Sarabskinin ifasına heyran qaldıqlarını, onun xüsusi istedada malik olduğunu və tezliklə bütün Avropada tanınmış musiqiçilərdən biri olacağına əminliklərini bildiriblər. Diqqətə çatdırıblar ki, onlar Azərbaycan muğamını və milli musiqi alətlərimizi çox bəyənirlər. İsfar Sarabski kimi istedadlı gənclər mədəniyyətimizi və musiqimizi xaricdə uğurla təmsil edirlər.

S.Xankişiyeva

 

Paylaş:
572

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər