İş adamları üçün Şeffild Universitetindən sərfəli fürsət – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İş adamları üçün Şeffild Universitetindən sərfəli fürsət – FOTO – VİDEO

11:45 - 17 / 09 / 2018
İş adamları üçün Şeffild Universitetindən sərfəli fürsət – FOTO – VİDEO

Sentyabrın 11-də Azərbaycanda yeni açılmış Şeffild Universitetinin City College beynəlxalq fakültəsinin təşəbbüsü ilə Azərbaycanda işgüzar adamlar üçün “Biznes keyslərininin hazırlanması” mövzusunda seminar keçirilib.

Seminar Azərbaycanın premium otellərindən birində baş tutub. Keçirilən seminar keyfiyyət və məzmun baxımından işgüzar şəxslərin böyük marağına və məmnuniyyətinə səbəb olduğundan bu cür seminarların keçirilməsi ildə bir neçə dəfə planlaşdırılır. Tədbir zamanı Şeffild Universitenin beynəlxalq fakültəsinin baş mühazirəçisi və direktoru Dr. Leslie Szamosi tərəfindən keçirilən seminarla yanaşı, sözügedən fakültənin ilk dəfə Azərbaycanda açdığı, işgüzar adamlar üçün nəzərdə tutulmuş Executive MBA Programı barədə qısa təqdimat keçirilib.  

Executive MBA proqramı özünün peşəkar və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir menecerlər üçün işlənib-hazırlanmış innovativ beynəlxalq proqramdır. İştirakçılar digər ölkələrdən, mədəniyyətlərdən və ixtisas sahələrindən gələn tələbələrlə birlikdə öz təcrübələrini genişləndirmək və bölüşmək imkanı qazanırlar. Hər il, Cənub-Şərqi və Şərqi Avropanın öndə edən, məşhur şirkətlərinin baş menecerləri proqrama qəbul edilirlər. Proqramın çatdırılma metodu (həy ayda 1 həftə sonu – 3 gün) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan dərslərdə iştirak etmək imkanı yaradır.    

EMBA proqramını müvəffəqiyyətlə bitirən və Şeffild Universitetinin magistratura dərəcəsini əldə edən tələbələr eyni zamanda əlavə kurslarda iştirak etmədən və imtahan vermədən “Chartered Management Institute”nun (CMI) yüksək nüfuza malik Strateji İdarəçilik və Liderlik üzrə magistr diplomunu əldə edə bilərlər. 

“Chartered Management Institute” Böyük Britaniya Krallığında menecment və liderlik üzrə yeganə diplomlu peşəkar institutdur.

Şeffild Universitetinin, City College beynəlxalq fakültəsinin Executive MBA proqramı MBA Assosiasiyası (AMBA), AACSB (Biznes Məktəblərinin Kollegial Təkmilləşdirmə Assosiasiya), və CMI tərəfindən akkreditasiya edilib. Proqram həmçinin, Britaniya Akkreditasiya Şurası (BAC) və Milli Akademik Araşdırma İnformasiya Mərkəzi (UK NARIC) tərəfindən tanınıb və akkreditasiya edilib.  

MBA Proqramı həqiqətən də özünəməxsus işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan beynəlxalq proqramdır. 10-dan çox ölkədən və universitetlərdən gələn 50-dən çox mühazirəçilər özlərinin geniş akademik biliklərini, eləcə də, konsultasiya və idarəçilik təcrübələrini 25-dən çox müxtəlif ölkələrdən gələn tələbələrlə bölüşürlər. Bütün bunlar beynəlxalq tədris həftələri, beynəlxalq tələbə qrupları və kurslara bir neçə ölkələrdə qatılmaq imkanının və seçiminin olması ilə həyata keçirilir. Proqram eyni zamanda, Yunanıstan (Saloniki), Bolqarıstan (Sofiya), Rumıniya (Buxarest), Serbiya (Belqrad), Ukrayna (Kiyev) və Gürcüstanda (Tiflis) keçirilir.  

Proqramın müddəti 2 ildir.  Dərslər Bakıda, şəhərin mərkəzində yerləşən məşhur beşulduzlu oteldə keçiriləcək. Təhsil müddətində tələbələr Yunanıstanın Saloniki şəhərində və İngiltərənin Şeffild şəhərində keçiriləcək iki tədris həftələrində iştirak edəcəklər. Proqrama müraciət edən ərizəçilər bakalavr dərəcəsinə və iş təcrübəsinə malik olmalı, eləcə də, ingilis dilini bilməlidirlər.

Şeffild Universitetinin Executive MBA proqramı üzrə dərslərə 2018-ci il noyabr ayında başlanacaq.

Qeyd edək ki, təqaüdlü təhsil haqqı üçün sənədlərin ən son qəbul tarixi 30 sentyabr 2018-ci ildir.

Daha ətraflı məlumat üçün Şeffild Universitetinin, City College beynəlxalq fakültəsinin Azərbaycanda ölkə üzrə meneceri Nigar Haciyeva ilə əlaqə saxlaya bilərsiniz: [email protected] və ya (050) 663-07-70.

Reklam hüququnda

 

Paylaş:
536

Son xəbərlər

Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51
Bütün xəbərlər