1news.az

İrəvanda aksiya: Fəalların həbsi davam edir

20 Aprel saat 09:45 ~ 1 dəqiqəlik oxu 96
İrəvanda aksiya: Fəalların həbsi davam edir

Ermənistanda Serj Sarkisyanın əleyhinə etirazlar davam edir.

1news.az news.am-a istinadla xəbər verir ki, bu gün səhər polis David Sanasaryan daxil olmaqla başqa bir neçə fəalı saxlayıb.

Sanasaryan bildirib ki, tez və ya gec hər şey dəyişəcək və Serj Sarkisyan hamı ilə manipulyasiya edə bilməz .

Polislər onun internetə çıxış imkanını məhdudlaşdırmaq üçün telefonunu da əlindən alıblar.

Xatırladaq ki, bir həftəyə yaxındır Ermənistanda etirazlar davam edir. Bu gündən aksiyaya rəhbərlik edən müxalif deputat Nikol Paşinyan etirazların yeni formasını elan edib. Belə ki, aksiya iştirakçıları paytaxtla rayonlar arasındakı əsas küçələri bağlamağı və metrostansiyaları blokadaya almağı planlaşdırırlar.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net