İraqda kimsəsizlər evində olan 20-dək azərbaycanlı uşaq Bakıya göndəriləcək | 1news.az | Xəbərlər
Siyasət

İraqda kimsəsizlər evində olan 20-dək azərbaycanlı uşaq Bakıya göndəriləcək

11:59 - 10 / 11 / 2017
İraqda kimsəsizlər evində olan 20-dək azərbaycanlı uşaq Bakıya göndəriləcək

“İraqda kimsəsizlər evində qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Azərbaycana göndəriləcək”.

1news.az  xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.

R.Qafarov bildirib ki, hazırda sənədləşmə işləri aparılır. Onun sözlərinə görə, uşaqların Azərbaycanda qohumlarının olub-olmadıqlarına dair hələ məlumat yoxdur: “Həmin uşaqlarla görüşmüşük. Yaxın günlərdə ölkəmizə göndərəcəyik”.

İraqda İŞİD-lə əlaqədə ittiham olunan 200 azərbaycanlı qadının həbs edilməsi xəbərlərinə gəldikdə isə R. Qafarov qeyd edib ki, İraqdakı nümayəndəliyimiz Xarici İşlər Nazirliyi və İraqın yerli qurumları ilə bu məsələyə dair birgə işləyir və məsələnin müsbət həlli üçün çalışır.

Diplomat qeyd edib ki, qadınlar üçün vəkil tutulacaq: “Onların həbsdə qalmaması və azad olunaraq Azərbaycana göndərilməsi üçün çalışacağıq. Hazırda bu işlə məşğuluq, araşdırma gedir. Təbii ki, başqa ölkənin qanunlarını pozan hər bir əcnəbi vətəndaş qanun çərçivəsində cəzasını çəkməlidir, ancaq qadın olduqları üçün İraqın yerli qurumları ilə işləyirik və köməklik göstərməyə çalışırıq”.

Qeyd edək ki, iraqlı deputat Vian Dahil şəxsi “Twitter” səhifəsində hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib. Deputatın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. V. Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb. 

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlamada qeyd edilib ki, bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi təmasdadır.

1news.az  

Paylaş:
692

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər