1news.az

İranın XİN rəhbəri xəstəxanaya yerləşdirilib

18 Mart saat 16:45 bir dəqiqəlik oxu 73
İranın XİN rəhbəri xəstəxanaya yerləşdirilib

İran xarici işlər naziri Cavad Zərifin xəstələnməsi ilə əlaqədar şənbə və bazar günləri planlaşdırılan görüşləri ləğv olunub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə İRNA agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Bəhram Kasemiyə istinadən məlumat yayıb.

Bir neçə saat xəstəxanada saxlanılan C.Zərif həkimlərin məsləhəti ilə hazırda istirahət edir. Buna görə də C.Zərifin şənbə və bazar günləri planlaşdırılmış görüşləri ləğv edilib.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net