İranda aksiyalar davam edir: 150 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Dünya

İranda aksiyalar davam edir: 150 nəfər saxlanıldı

19:24 - 22 / 04 / 2018
İranda aksiyalar davam edir: 150 nəfər saxlanıldı

İranda əhalisinin böyük qismi ərəb olduğu Xuzistan vilayətində son həftələrdə keçirilən aksiyalar zamanı təxminən 150 nəfər həbs olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə İranın “Asiran” saytına açılamasında Əxvaz vilayətinin deputatı Cavad Kazım Əlbaci deyib.

O,aksiyaların Xuzistanda yayımlanan dövlət televiziyasındakı bir verilişə görə başladığını və son həftələrdə 150-yə yaxın insanın polis tərəfindən saxlanıldığını söyləyib.

Aksiyaların sakit şəkildə aparıldığını deyən Əlbaci aksiyaçıların dövləti böhrana salmaq niyyətində olmadıqlarını bildirib:

"Etirazçılar heç bir şəkildə ölkəni böhrana salmaq, ya da rejimə zərər vermək niyyətində deyillər. Sadəcə iranlı olduqlarını və bu ölkəni sevdiklərini söyləyirlər".

Qeyd edək ki, İran Dövlət Televiziyasında yayımlanan "Qırmızı başlıq" uşaq proqramının 22 mart tarixində efirə gedən seriyasında ölkədəki xalqların etnik kimliyini göstərən bir xəritə nümayiş etdirilmiş, lakin burada ərəblərə yer verilməmişdi. Televiziyanın bu addımını "ayrıseçkilik və irqçilik" adlandıran ərəblər də buna qarşı aksiyalara başlayıblar.

S.Xankişiyeva

 

Paylaş:
549

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər