İran, Türkiyə, Gürcüstan və Azərbaycan XİN rəhbərlərinin Bakıda dördtərəfli görüşü keçiriləcək
Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçiriləcək.
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüşün martın 15-də keçirilməsi planlaşdırılır.
Səfirlikdən bildirilib ki, dördtərəfli görüşün Bakıda keçirilməsi təklifi ilə Azərbaycan XİN çıxış edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşdə iştirak üçün Azərbaycana səfəri gözlənilir.
1news.az
654