İran hökuməti Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycandan kredit almağa razılıq verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İran hökuməti Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycandan kredit almağa razılıq verib

18:25 - 15 / 01 / 2018
İran hökuməti Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycandan kredit almağa razılıq verib

İran Nazirlər Kabineti Rəşt-Astara dəmir yolunun tikintisi məqsədilə Azərbaycandan kredit almaq üçün lazımı icazəni təsdiqləyib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İran prezidenti Həsən Ruhaninin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinə Azərbaycandan 500 milyon dollar dəyərində kredit almaq üçün icazə verilib.

Məlumata görə, kredit Rəşt-Astara dəmir yolunun tikinti layihəsinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Kreditin alınması və tikinti layihəsinin icrası üçün 3 il, kreditin geri qaytarılması üçün isə 7 il vaxt nəzərdə tutulub.

Xatırladaq ki, bundan öncə İranın yol və şəhərsalma nazirinin müavini Əli Nurzad  bildirib ki, Azərbaycanla aparılmış müzakirələrə əsasən, kredit aşağı faizlə, təqribən 2,5 faizlə İrana veriləcək.

İranın Nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin baş direktoru Xeyrullah Xadimi də bundan öncə APA agentliyinə eksklüziv açıqlamasında qeyd edib ki, İran Astarasında yük terminalı və stansiyalarının tikintisinə dair işlər davam etdirilir.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Azərbaycanın Astara şəhərini birləşdirəcək. Bu dəhlizlə nəinki İran, eləcə də Hindistan, Çin və Fars körfəzi ölkələri Avropa ilə idxal və ixrac əməliyyatları aparacaqlar. Azərbaycan ərazisindən keçən dəhliz daha səmərəli və iqtisadi baxımdan əlverişlidir. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatdırılacağı proqnozlaşdırılır.

1news.az

Paylaş:
688

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər