İqtisadiyyat naziri Ukrayna nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat naziri Ukrayna nümayəndə heyəti ilə görüşüb

22:53 - 19 / 10 / 2017
İqtisadiyyat naziri Ukrayna nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla davam edir, ticarət əlaqələri genişlənir. Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi zamanı qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, maşınqayırma, tikinti materiallarının istehsalı sahələrində əməkdaşlıq, Ukrayna şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sənayesinin yaradılması sahəsində görülən işləri, o cümlədən ixtisaslaşmış Pirallahı Sənaye Parkını, kimya sahəsində ölkəmizin zəngin təcrübəsini, Ukrayna ilə bu sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Şahin Mustafayev bildirib ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi, çay Ukraynaya ixrac oluna, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər.

Qeyd edilib ki, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaq Ukraynada Azərbaycanın Ticarət Evinin açılması istiqamətində işlər davam etdirilir.

Söhbət zamanı vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə edə, limanlar arasında qarşılıqlı əməkdaşlıq həyata keçirilə bilər.

Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin genişləndiyini qeyd edib, energetika, maşınqayırma, kimya, əczaçılıq və s. sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüb. Stepan Kubiv ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının və işçi qruplarının fəaliyyətini qeyd edib, birgə sərgilərin və yarmarkaların təşkilinin əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Ukrayna nümayəndə heyətinin tərkibində təmsil olunan energetika, metallurgiya, kimya sənayesi, əczaçılıq, poliqrafiya və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri fəaliyyət sahələri barədə məlumat verib, əməkdaşlığa dair təkliflər səsləndiriblər.

1news.az

Paylaş:
526

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər