İnsan Resursları Norm şirkətinin daxili sərvətidir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İnsan Resursları Norm şirkətinin daxili sərvətidir – FOTO

11:00 - 23 / 02 / 2018
İnsan Resursları Norm şirkətinin daxili sərvətidir – FOTO

Norm Sement zavodu bütün Cənubi Qafqazda ən iri sement istehsalçısıdır. Zavodun məhsulları yüksək keyfiyyəti, etibarlılığı,  termodavamlılığı və istifadədə sadəliyi ilə xarakterizə edilir.

Zavod tanınmış Avropa istehsalçılarının avtomataşdırılmış avadanlıqları ilə təchiz edilib. Layihəyə sement sənayesində dünyanın aparıcı mütəxəssisləri cəlb edilib.  

Azərbaycanın aparıcı sement istehsalçısı olan Norm Sement zavodu gənc yaşına baxmayaraq öz sahəsində bazar liderinə çevrilib. Fəaliyyət göstərdiyi müddət ərzində Norm şirkəti daxili insan resurslarının inkişafına, peşəkarlığının artırılmasına, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə də xüsusi diqqət ayırır. Şirkət hər il ali təhsil ocaqlarının tələbələri üçün təcrübə keçmək imkanı yaradır. Bunun üçün ölkədə mövcud ali təhsil müəssisələri ilə danışıqlar aparılır, karyera planlama mərkəzləri ilə əlaqələr yaradırılır, belə mərkəzlərin olmadığı universitet və institutlarda aidiyyatı üzrə fakultələr ilə əməkdaşlıq edilir, bakalavrlarla yanaşı magistratura tələbələri də iş təcrübəsi toplamaq üçün şirkətə dəvət olunurlar. 

Layihədə əsas məqsəd Azərbaycan gənclərini iş həyatına hazırlamaqdır. Ötən il Norm tədris mərkəzində 18 tələbə təcrübə keçib, il ərzində zavodda İqtisad Universitetinin tələbələri üçün 4 ekskursiya və “Gənc mühəndislər” cəmiyyəti, Xəzər Universiteti, Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təlimlər keçirilib. Bu layihə cari ildən daha geniş şəkildə davam etdirilir. Şirkət həmçinin aktiv şəkildə ali təhsil ocaqlarında keçirilən yarmarkalarda iştirak edir və vakansiyalarını şəffaf şəkildə tələbələrə təqdim edir.

Şirkətin insan resursları departamentinin fəaliyyətində əsas hədəf işçilərin şəxsi hüquqlarından tam və düzgün istifadə etməsinə imkan yaratmaq, onlara vicdanla və ədalətlə yanaşmaq, təhlükəsiz və sağlam iş şəraiti təmin etməkdir. Norm insan kapitalının inkişafı üçün imkan yaratmaq məqsədilə lazımi səy göstərir, sosial maarifləndirmə apararaq öz təşəbbüsləri ilə müvafiq sosial və ictimai fəaliyyətlərin yerinə yetirilməsində işçilərinə dəstək olur, onların peşə həyatları ilə yanaşı şəxsi həyatlarına da hörmətlə yanaşır.       

Reklam hüququnda

 

 

Paylaş:
723

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər