İnklüziv “ƏSA” Teatrı Lənkəran şəhərinə qastol səfəri edəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnklüziv “ƏSA” Teatrı Lənkəran şəhərinə qastol səfəri edəcək – FOTO

13:13 - 17 / 07 / 2019
İnklüziv “ƏSA” Teatrı Lənkəran şəhərinə qastol səfəri edəcək – FOTO

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Lənkəran Dövlət Dram Teatrında həyata keçirəcək.

1news.az-ın verdiyi xəbərə görə, amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi 21 iyul saat 18:00-da baş tutacaq.

İlk dəfə 19 dekabr 2017-cı ildə paytaxtda nümayiş olunan tamaşa çox sayda teatr tamaşaçılarının, dövlət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış sənət adamlarınin sevgisini qazanmışdır. Tamaşa paytaxtda dəfələrlə anşlaqla nümayiş olunmuşdur. Ötən il ƏSA Teatrı “Adamlar və siçanlar” tamaşası ilə Naxçıvan Muxtar Respublikasına ilk qastrol səfərini edib. 

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş produseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru Elşən Əsgərov, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və Orxan Əliyev canlandıracaq.

S.Xankişiyeva

Paylaş:
731

Son xəbərlər

Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12
Bütün xəbərlər