İmişlidə yem və toxum təmizləmə məntəqələrinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə yem və toxum təmizləmə məntəqələrinin açılışı olub

16:09 - 07 / 03 / 2018
 İmişlidə yem və toxum təmizləmə məntəqələrinin açılışı olub

Bu gün ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun Nurulu və Şahverdili kənd sakinləri yeni yem və toxum təmizləmə məntəqələrinin açılışını qeyd ediblər.

1news.az-a ABŞ səfirliyindən verilən məlumata görə, bu məntəqələr yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq. Baxmayaraq ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər, həmin məntəqələr qurulmamışdan öncə toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə gət etməli olurdular. İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər.

Bu yeni məntəqələr həmin icmaların maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 600-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Həmin məntəqələri tikmək ideyası icmaların özlərindən gəlib: onlar yerli liderlərdən ibarət şura quraraq bu layihələri işləyib hazırlayıblar. Bu layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

 ABŞ və Azərbaycan 101 müxtəlif icmada 116 icma layihəsi, onlardan 62-si məhz Aran zonasında həyata keçirib. Bu layihələrdən 189,000-ə yaxın insan faydalana bilir. Bu lahiyələr Amerika xalqı adından göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub. EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

1news.az

 

 

 

 

 

Paylaş:
614

Son xəbərlər

Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51
Bütün xəbərlər