İlqar Vəlizadə: Paşinyan hazırda bir qurumu düzəldirsə, digərini dağıtmaqla məşğuldur | 1news.az | Xəbərlər
Siyasət

İlqar Vəlizadə: Paşinyan hazırda bir qurumu düzəldirsə, digərini dağıtmaqla məşğuldur

12:45 - 07 / 06 / 2018
İlqar Vəlizadə: Paşinyan hazırda bir qurumu düzəldirsə, digərini dağıtmaqla məşğuldur

Hazırda Ermənistan hakimiyyətini ələ keçirmiş baş nazir Nikol Paşinyan ölkədə irimiqyaslı iqtisadi yoxlanışlar aparır. Bu da Ermənistana investisiya yatırmaq kimi imkanların əldən getməsinə, ümumilikdə ölkədə yeni problemlərin baş qaldırmasına gətirib çıxaracaq.

Belə ki, ölkədə korrupsiya ilə mübarizə şüarı altında milli oliqarxlara toxunaraq yoxlanışlar keçirilir.

Bunun bariz nümunəsi olaraq Ermənistan hökumətinin “Yüksəkgərginlinlikli xətlər” QSC-ni etnik erməni Samvel Karapetyanın sahibi olduğu Rusiyanın “Taşir kapital” şirkətinə verməkdən imtinası oldu.

Ermənistan Nazirlər Kabineti “Yüksəkvoltlu elektrik şəbəkələrinin” Karapetyanın idarəetməsinə verməsinə hələ ötən ildən baxırdı.  

“Ermənistan elektrik şəbəkəsi” işğal edilmiş Dağlıq Qarabağda nəql olunan Razdan istilik elektrik stansiyası ilə birlikdə daha bir enerji aktivi əldə edir. Bu stansiyanı Samvel Karapetyan Rusiyannın “İnter RAO EES” enerji holdinqidən əldə edir.

Fotoda: Razdan istilik elektrik stansiyası

“Ermənistan elektrik şəbəkəsi”nə gəlincə, müvafiq müqaviləçşərçivəsində “Taşir kapital”ın idarəsinə şirkətin bütün aksiyaları 100% keçməli idi.

Lakin yaxın günlərdə, Ermənistanın enerji infrastrukturu və təbii sərvətlər nazir Artur Qriqoryan KİV-də “Ermənistan elektrik şəbəkəsi” QSC-nin bütün aksiyalarının 100%-nin Samvel Karapeytanın şirkətinə keçməsilə bağlı yayılmış məlumatı təsdiq etdi:

“Müqaviləni analiz etdik və bu təşkilatın dövlətin ixtiyarında qalması qənaətinə gəldik. Müqavilədə elə bəndlər vardı ki, onlar dövlət üçün sərfəli deyildi”.

“Taşir kapital”da Ermənstanın Təbii Sərvətlər Nazirliyinin mövqeyini “təəccüblə” qarşıladılar və “Yüksəkvoltlu elektrik şəbəkəsin”dən imtina ilə bağlı bəyanat verdilər.

Bəyanatda deyilir: “2017-ci ildə Ermənistan dövlətinin təşəbbüsü ilə “Yüksəkvoltlu elektrik şəbəkəsi” QSC-nin etibarlı idarəetməsinə verilməsilə bağlı müzakirələrə başlanılıb. “Taşir kapital”ın xərclərinin azaldılması məqsədilə altı ay müddətinə analiz aparmaq və “Yüksəkvoltlu elektrik şəbəkəsi” rəhbərliyinə lazımi məsləhətlərin təqdim edilməsi təklif olunub”.

İlk olaraq, “Taşir kapital” hazırki illik xərclərin 40% azaldılmasını təklif edib. Bunun nəticəsində dövlət illik 3 milyon dollar qənaət edə bilər. İkincisi isə, QSC 15 il ərzində 520 milyon dollar borcu olan təşkilatdır. Bu da dövlət borcunun 7%-ni təşkil edir”.

Şirtkətin prioritetlərindən biri Ermənistanla Gürcüstan arasında elektrik enerjisinin ötürülməsi üçün hava xətlərinin quraşdırılması layihəsinin texniki baxımdan düzgün həyata keçirilməsidir. Layihə 200 milyon dollar dəyərində qiymətləndirilir və bu rəqəm 240 milyon dollara yüksələ bilər.

Həmçinin qeyd olunur ki, xərclərin effektivliyinin artırılması ilə bağlı keçirilmiş altı aylıq məsləhətləşmələr nəticəsində Ermənistan-İran elektrik enerjisinin ötürülməsi və kreditlərin faizlərinin aşağı endirilməsi nəticəsində istisadiyyata 6 milyon dollar gəlir gətirib”.

“Bununla bağlı enerji infrastrukturu və təbii sərvətlər nazir Artur Qriqoryanın müqavilədə  elə bəndlər var ki, dövlət üçün sərfəli deyil, deməsi bizi çox təəccübləndirdi. Müqavilənin imtinası zamanı dövlətlə şirkət arasında heç bir müzakirələr olmayıb”, - “Taşir kapital”da bildirilib.

Baş nazir Nikol Paşinyan da məsələ ilə bağlı fikirlərini iclas zamanı bildirib:

“Ermənistanın enerji sahəsində iki əsas sektoru bir sahibkarın əlində cəmləşə bilməz. Elektrik şəbəkəsinin idarə edilməsinin gələcəyilə bağlı tez qərar verməliyik. İdarə etmənin özəl və ya dövlətin ixtiyarında olmasını müzakirə etməliyik.

Fotoda: Nikol Paşinyan

Burada qeyd etmək yerinə düşər ki, erməni mətbuatının məlumatına əsasən, 2020-ci ildən Ermənistanda elektrik enerjisinin satışı monopoliya təşkil etməyəcək. Bu, ölkənin parlamentində müzakirə olunmuş “Energetika haqqında” qanunda öz əksini tapıb. Qanun 2018-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Bununla da Rusiya şirkəti Ermənistanda elektrik enerjisi sahəsində monopoliyanı itirir.

Ermənistanın əvvəlki hökuməti Rusiya ilə sıx əlaqədar idi və strateji əhəmiyyətli obyektləri ona verməklə ölkənin yarım qalmış iqtisadiyyatını əldə saxlaya bilirdi. İndi isə Paşinyan şimal qonşusundan yavaş-yaşvaş geri çəkilməklə heç kimə xeyir vermədən buna ümid bəsləmək mümkündürmü?

Bu və digər sualları azərbaycanlı politoloq İlqar Vəlizadə cavablandırıb.

Ekspertin sözlərinə görə, hökumət başından Respublika partiyasını (RP) götürən Paşinyan hazırda Ermənsitan iqtisadiyyatında islahatlar apararaq, RP ilə sıx əlaqələri olan, hətta onun sponsorları olanları meydandan uzaqlaşdırmağa çalışır:

“Bütün bunları ciddi araşdırsaq, görərik ki, Karen Karapetyanın hakimiyyətə gəlişindən sonra Ermənistan iqtisadiyyatında böyük fəallığı Rusiyada nəhəng holdinq “Taşir kapital”a sahib Samvel Karapetyan nümayiş etdirib”.

Həmçinin politoloq qeyd edib ki, məhz həmin dövrdə “Ermənistan investorlar klubu” yardılır ki, bunun tərkibində Karapetyan və “Taşir”in biznes-maraqları ilə sıx əlaqaləri olan insanlar təşkil edir:

“Onlar bu klubun əsas portfelini formalaşdırır. “Taşir” çox aktiv fəaliyyət göstərirdi. Bir sıra hallarda “Taşir” erməni aktivlərini alarkən sahibkarları dempinq qiymətinə satmağa vadar edirdi. Əlbəttə ki, söhbət istisadiyyatın əsas sahələrindən gedir”.

“Taşir”in planlarına gəlincə, ekspertin sözlərinə görə, ötən il “Ermənistan investorlar klubu” elektrik xətlərinin alınması ilə bağlı ölkə iqtisadiyyatının məhz bu sahəsinə sərmayə yatırılması daxil idi:

“Lakin Paşinyanın hakimiyyətə gəlişi ilə bu planlar sona yetir.

Hazırda kapitalın düzgün paylaşılması prosesi gedir. Lakin burada kim iştirak edir? Deyək ki, Paşinyan “Taşir”i geri çağırmaqla onun faəliyyət göstərməsinə imkan vermir. Digər tərəfdən də, Karapetyan bu təklifdən özü imtina edir. Axı indi ona himayədarlıq edən yoxdu. Düşünürəm ki, “Taşir” də, “İnvestorlar klubu” da hazırda Ermənistana kapital yatırmaqla, onu Rusiyaya qaytaracaq. Buna görə də Paşinyana digər maraqlı tərəfləri cəlb etmək qalır.

Bu, “Taşir”lə yola getməyən və ya “İnvestorlar klubu”nun fəaliyyətindən ziyan çəkənlər ola bilər. Bu cür insanlar isə çoxdur. Onlarda biri Ara Abramyana  (Rusiyada “Ermənilər birliyinin” prezidenti) yaxın, Ermənistanda böyük maraqları olsa da, inkişaflarına mane olan insanlar klubdan şikayət ediblər. Digər tərəfdən də erməni oliqarx Qaqik Sarukyan da ola bilər.

Fotoda: Ara Abramyan və Qaqik Sarukyan

Paşinyan hökuməti möhkəmlətməklə yanaşı, eyni zamanda biznesin cəlb edilməsi üçün stimul da verməlidir. Lakin vəziyyətin irəliləməsilə bağlı indidən nəsə demək çətindir”.

Rusiya şirkətlərindən danışarkən politoloq qeyd edib ki, yaranmış vəziyyətə görə onlar prosesə çox həssas yanaşacaqlar:

“Düşünmürəm  ki, hazırki reallıqlara görə, onlar Ermənistana asanlıqlar pul yatıra biləməyəcək. Məsələ burasındadır ki, əvvəlki Rusiyanın maraqları Ermənistan siyasətilə sıx bağlı idi. Paşinyam isə Rusiya üçün “öz adamı” deyil. Belə olan halda Rusiya ümumiyyətlə erməni iqtisadiyyatına hansısa iri yatırımlar etməyi düşünməyəcək”.

Bununla yanaşı, politoloq əmindir ki, Rusiyanın “Qazprom” və ya “Rusiya dəmir yolları” kimi iri monopoliyaçıları Ermənistandan getməyəcək:

“Bu qurumlarla uzunmüddətli müqavilələr mövcuddur. Buna görə də hökumət onlara heç nə etməyəcək. Lakin burada maraqlı məqam başqadır: həmin qurumlar qalacaq, lakin heç kəs onlara kifayət qədər sərmayə yatırmayacaq. Həmin qurumlar sadəcə iş formasında qalaraq fəaliyyət göstərəcək. Təbii ki, bu da erməni iqtisadiyyatı üçün ciddi mənfiliklərə yol aça bilər”.

Daxili investorlara gəlincə, ekspertin sözlərinə görə, hazırda ölkədə keçirilən “oliqarxsızlaşdırma” prosesi nəticəsində bir sıra iri sahibkarlar Paşinyandan incikdirlər və vəziyyətin sabitləşməsini gözləyirlər:

“Ermənistanda yaxşı və ya pis, hansısa münasibət formaları yaranıb. Bu sxemi bir saata dəyişmək çox çətindir. Paşinyan hazırda bir qurumu düzəldirsə, digərini dağıtmaqla məşğuldur. Bu da yeni hökumət üçün başlıca problemdir”.

Politoloqun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı ola bilər ki, Paşinyan Qərbdən dəstək gösləyir:

“Hazırda o, Qərbdəki erməni diasporuna ümid edərək yeni investirların ortaya çıxmasını gözləyir. Ola bilsin ki, kimsə ona söz də verib. Düşünürəm ki, bu, özünü doğrultmayacaq. Belə ki, son 10 ildə Ermənistanda yaranmış vəziyyət yalnız Rusiya və onun maraqları ilə bağlı olub. Və bundan belə asanlıqla nə Paşinyan, nə də digər erməni hökuməti qaça bilməz. Ola bilsin ki, Paşinyan yenə də əvvəlki sistemə qayıdacaq. Lakin artıq gec olacaq.

Ümumiyyətlə mənə elə gəlir ki, Paşinyana qarşı hansısa tələ qurulur. Hətta bu tələ onu öz əli ilə qurulur. Bunun nə dərəcədə təhlükəli olması hələ məlum deyil”.  

Onun sözlərinə görə, hazırda Paşinyan 10 il müddətinə zərbə görmüş iqtisadi idarə meydanını formalaşdırmağa çalışır:

“Bu vəziyyətdə qeyri-sabitlik riskləri var. Heç bir investor ölkədə siyasi sabitlik, müəyyən qaydalara riayət olunmazsa, oraya sərmayə yatırmaz.

Düşünürəm ki, Paşinyan bu siyasi oyunları davam etdirəcək. Bu da Ermənistan üçün heç bir uğur gətirməyəcək. Çünki bu gün Ermənistanda nə siyasi sabitlik, nə də iqtisadiyyatda müəyyən qaydalar yoxdur.

“Taşir”in getməsi Ermənistanda digər investorların getməsinə siqnaldır. “Taşir” orda “siyasi himayədarı” olduğu üçün gəlmişdi. Digər investorlara kim “himayədarlıq” edəcək? Zəif və kifayət qədər sabit olmayaq Paşinyan?  

Hesab edirəm ki, bu şərtlərlə Ermənistanı ümumilikdə ürəkaçan perspektivlər gözləmir. Bu da bizim üçün sevindirici haldır”.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1472

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər