İlham Əliyevin uzaqgörən siyasəti və primitiv erməni rəhbərliyi | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyevin uzaqgörən siyasəti və primitiv erməni rəhbərliyi

17:16 - 15 / 03 / 2018
İlham Əliyevin uzaqgörən siyasəti və primitiv erməni rəhbərliyi

Azərbaycan Prezidentinin YAP-ın VI qurultayındakı nitqinin KİV-də analizi davam edir. Ermənistan mətbuatı da bununla bağlı müəyyən təhlil və proqnozları dərc edir. Onların sırasında baş verənlərə az-çox obyektiv yanaşmağa çalışanlara da rast gəlinir.

Erməni ekspertlər içərisində Azərbaycanın dövlət başçısının mövqeyinin reallığa dayandığı və əsaslı olduğunu deyənlər tapılır. Onlar azərbaycanlıların iki əsr ərzində öz torpaqlarından qovulduqlarını açıq yazırlar. Göstərməyə çalışırlar ki, bu tarixi həqiqətləri gizlətmək mümkün deyil. Təbii ki, erməni ekspertlər bunu ədalətin bərpa olunması üçün deyil, hakim rejimin yarıtmaz fəaliyyətini sübut etmək üçün vurğulayırlar. Rusiyanın "Avrasiya İqtisadi İttifaqı" İnstitutunun direktoru Vladimir Lepexin isə İlham Əliyevin qlobal səviyyədə düşündüyünü və uzaqgörən siyasət yeritdiyini vurğulayır. Bunu isə erməni siyasi dairələri görə bilmirlər. Bunlar Ermənistan rəhbərliyinin aciz duruma düşdüyünü və mütləq məğlub olacağını göstərən faktlardandır. Məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

Qeyri-adekvat erməni siyasəti: bir sıra faktların işığında

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının son qurultayındakı çıxışının Ermənistan rəhbərliyini və ekspert dairələrini necə təlaşa saldığı dünyaya məlum oldu. Bu mövzuda analiz və proqnozlar hələ də davam edir. O cümlədən erməni analitiklər onu müxtəlif kontekstlərdə təhlil etməyə çalışırlar. Ancaq bir qədər ayıq düşünən ekspertlər Ermənistan hakimiyyətinin və erməni analitiklərin İlham Əliyevin ifadə etdiyi fikirləri dərk edə bilmədiklərini söyləyirlər. Onların sırasında, qəribə də olsa, erməni ekspertlər də var. Biz iki misal üzərində dayanmaq istərdik. Əvvəlcə vacib hesab etdiyimiz bir məqamı vurğulayaq.

Ənənəvi olaraq Ermənistanın siyasi və ekspert dairələri siyasi və geosiyasi məsələlərə çox məhdud prizmadan yanaşırlar. Onlar əsasən ultramillətçi, radikal və şovinist müstəvidə fikir bildirirlər. Təcrübə göstərir ki, bu, bütövlükdə erməni siyasi və analitik təfəkkürünün bir xüsusiyyətidir. Lap başlanğıcdan Ermənistan Dağlıq Qarabağla bağlı olduqca qeyri-konstruktiv, təcavüzkar və böhtançı mövqe tutub. Azərbaycan torpaqlarının 20 faizini havadarlarının yardımı ilə zəbt edən Ermənistan özünü sülhsevər ölkə kimi də göstərməyə çalışıb və daim Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb.

Bu sırada ermənilərin həm siyasətdə, həm də tarixi, mədəni və dövlətçilik məsələlərində məhdud məhəlli təfəkkür müstəvisində fikir yürütdükləri də hamıya məlumdur. Belə ki, onlar özləri antidemokratik hərəkətlər edərək bunu başqalarının üstünə atmaqla məşğuldurlar. Siyasi mövqeləri isə daim yalan faktlara, xəyali dəlillərə və qeyri-ədalətli mövqeyə əsaslanıb. Tarixi saxtalaşdıraraq, özlərindən başqa bütün xalqların Cənubi Qafqaza gəlmə olduğu görüntüsü yaratmağa cəhd ediblər. Son olaraq S.Sarkisyan Münxendə jurnalistin suallarından birinə cavab verərkən utanmadan qədimdən ermənilərin Qafqazda yaşadıqlarını, digərlərinin isə nə zaman gəldiklərinin bəlli olmadığını deyib.

Ermənilərin digər xalqların mədəniyyət nümunələrini öz adlarına çıxdıqları sirr deyil. Bunu sübut edən çoxlu sayda faktlar var. Qısa desək, ermənilər özlərindən başqa, bu regionda qədim mədəniyyəti olan başqa xalq tanımırlar (farslar və ruslardan başqa).

Bütün bunlar Ermənistanın geosiyasi mövqeyində özünü göstərir. Nə baş verirsə, rəsmi İrəvan onu bəsit "mən haqlıyam, digərləri haqsız" məntiqi ilə izah etməyə çalışır. Məsələn, Rusiya bir addım atırsa və o ermənilərin işğalçı ruhuna uyğun deyilsə, Moskva satqın elan edilir. Eyni mövqe Qərbin istənilən ölkəsinə münasibətdə özünü göstərir. Türkiyə və Azərbaycana qarşı isə tamam fərqli münasibət müşahidə olunur. Ermənilər geosiyasi olaraq da həmişə "haqlı" və "qədimdirlər", Türkiyə ilə Azərbaycan isə "vəhşidirlər".

Bu bəsit, qeyri-sivil və səmərəsiz geosiyasi mövqe həmişə böyük zərbələr alır və bundan sonra da alacaq. Çünki reallıqla heç bir əlaqəsi yoxdur. İndi erməni ekspertlərin özlərinin etiraf etdiyi kimi, erməni siyasi və analitik dairələrinin Prezident İlham Əliyevin siyasi fəaliyyətinə çox yanlış qiymət vermələri də məhz vurğuladığımız məqamlardan qaynaqlanır.

İlham Əliyevin məntiqli və inamlı mövqeyi: düşmənin etirafları

Əvvəlcə onu deyək ki, "Avrasiya İqtisadi İttifaqı" İnstitutunun direktoru Vladimir Lepexin məntiqi surətdə ermənilərə anladır ki, mövqeyiniz, məhdud və yanlış qafalı olduğunuza görə çox səhvdir. Çünki sizlər (yəni ermənilər) burnunuzun ucunu görürsünüz, İlham Əliyev isə geniş miqyasda düşünür, dünya proseslərini dərin analiz edir və ona uyğun qərarlar qəbul edir. Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqi də məhz həmin qəbildəndir (bax: У Запада имеется хитрый план в отношении Армении – Лепехин / "Verelq.am", 12 fevral 2018).

V.Lepexin deyir: "...bununla yanaşı, yuxarıda adı çəkilən şərhçilər (erməni siyasi və analitik dairələri nəzərdə tutulur – red.), hesab edirəm ki, iti siyasi zəkadan məhrumdurlar. Fikirləşirəm ki, İlham Əliyev Azərbaycana olan xarici çağırışlara daha geniş kontekstdə baxır..." (bax: əvvəlki mənbəyə). Məsələ ondan ibarətdir ki, Suriya böhranı ikinci mərhələyə qədəm qoyur və burada Türkiyə və Azərbaycan da daxil olmaqla bir sıra neqativ hadisələrin baş verməsini planlaşdıranlar var. O cümlədən Cənubi Qafqazda vəziyyəti nəzarətdən çıxarmağa cəhdlər ola bilər. İlham Əliyev uzaqgörənliklə bütün bunları nəzərə alır və onlara uyğun addımlar atır. Onun qərarlarında digər faktorlarla yanaşı, Dağlıq Qarabağ ətrafında təxribatçı işlərin aparılmasının qarşısını almaq da vardır (bax: əvvəlki mənbəyə).

Bunun fonunda isə Ermənistan öz məhdud, xudbin, şovinist və yarıtmaz xəttini davam etdirməyə çalışır. Faktiki olaraq o, vəziyyətin daha da pisləşməsinə xidmət edir. Bununla Ermənistan rəhbərliyi ənənəvi ampluasında qalmaqdadır. Deməli, Sarkisyan iqtidarı İlham Əliyevin İrəvan, Zəngəzur və Göyçə ilə bağlı ifadə etdiyi fikirləri adekvat dərk etmək iqtidarında deyil.

Məsələnin bu tərəfi erməni ekspert Sarkis Artsruninin məqaləsində bir qədər açıqlanıb (bax: Армянской корень самоуверенности Алиева / "1in.am", 10 fevral 2018). O qeyd edir ki, Azərbaycan Prezidenti öz planlarının beynəlxalq legitimləşdirilməsi üçün addımlar atır. Və onlar kifayət qədər əsaslı və uğurludurlar. Təbii ki, erməni ekspert onlarla razılaşmır, ancaq eyni zamanda vurğulayır ki, ermənilərin nə siyasi, nə də ekspert dairələri bu hadisəni obyektiv dərk edə bilmir və yalnız emosional reaksiya verirlər. Onu gah "primitiv seçkiqabağı açıqlama", gah "əhəmiyyətsiz militanlıq", yaxud "mənasız tarixi iddia" adlandırırlar ki, bu da gerçəklikdən tamamilə uzaqdır (bax: əvvəlki mənbəyə).

Sonra, S.Artsruni vurğulayır ki, İlham Əliyevin "çıxışının perspektiv məqamları aydındır" (bax: əvvəlki mənbəyə). "Onun sözlərinin əsasında xüsusi vurğulanmış, hesablanmış əminlik vardır. Həmin əminlik onunla bağlıdır ki, güclü təbii artıma və davamlılığa malik olan türk amili nə vaxtsa Ermənistan Respublikasının birbaşa ərazilərinə qayıda biləcək ki, oradan o, XIX-XX əsrlər boyu ardıcıl olaraq sıxışdırılıb" (bax: əvvəlki mənbəyə). Baxmayaraq ki, müəllifin "sıxışdırılıb" kəlməsi yerinə "deportasiya olunub" yazmağa cəsarəti və obyektivliyi çatmır, bütövlükdə vacib bir məqamı ermənilərin özlərinə xatırladır.

Konkret desək, erməni ekspert ifadə edir ki, indi azərbaycanlıların belə kəskin danışmalarının səbəbi əsrlərdir ki, ermənilər və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı aparılan vəhşi, sıxışdırıcı, məhvedici siyasətdir. Azərbaycanlılar bir vaxtlar deportasiya olunduqları torpaqlara qayıtmaq istəyirlərsə, bu, onların təbii haqqıdır. Ermənilər bunu heç zaman ört-basdır edə bilməzlər. Ona görə də İlham Əliyevin ünvanına iftira, böhtan dolu fikirlər söyləməkdənsə, vicdanlarını göz önünə alıb danışsalar daha konstruktiv iş olardı.

Bundan başqa, erməni müəllif vurğulayır ki, Ermənistan rəhbərliyi ölkəni elə zavallı duruma salıb, o dərəcədə qeyri-konstruktiv işlər görüb ki, Azərbaycandan çox zəif vəziyyətdədir. O yazır: "…İlham Əliyevin çıxışı... bizim hakimiyyətin (Ermənistan hakimiyyəti nəzərdə tutulur – red.) nümayəndələrinin qulaqları üçün nə qədər xoş olmasa da, onun praqmatik siyasi əsası var. Bu, boşalan Ermənistanın, dövlətin gələcək perspektivinin, institusional çöküşünün təzahürüdür" (bax: əvvəlki mənbəyə).

Bunlardan müəllif belə nəticə çıxarır ki, erməni rəhbərliyin əl-qolunu "oynatması" apardığı siyasətin tam fiaskoya uğraması əlamətidir (bax: əvvəlki mənbəyə). Prezident İlham Əliyev öz strateji məqsədlərinə tam olaraq çata bilər. Bunu Ermənistanın rəsmi dairələri açıq etiraf etməsələr də, yaxınlaşan fəlakətdən çox qorxurlar. Onlar şübhə etmirlər ki, bütün bunlar Azərbaycanı qələbəyə aparır və azərbaycanlılar da nə vaxtsa öz tarixi torpaqlarına qayıdacaqlar.

Newtimes.az

Paylaş:
488

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər