İlham Əliyevin Paşinyandan üstünlüyü: Ermənistanın rəhbərini mühafizəçilərlə bir yerdə əyləşdirdilər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyevin Paşinyandan üstünlüyü: Ermənistanın rəhbərini mühafizəçilərlə bir yerdə əyləşdirdilər – FOTO

10:43 - 07 / 12 / 2018
İlham Əliyevin Paşinyandan üstünlüyü: Ermənistanın rəhbərini mühafizəçilərlə bir yerdə əyləşdirdilər – FOTO

Məlum olduğu kimi, dekabrın 6-da Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

1news.az-ın məlumatına görə, Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub.

Daha sonra isə dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

Teatrdan çəkilən fotolarda isə dövlət başçılarının necə əyləşməsi diqqət çəkir. Belə ki, Prezident İlham Əliyev liderlərin yanında – Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin yanında oturub, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə lap kənarda, mühafizəçilərin yanında əyləşdirilib.

Bundan başqa fasilə zamanı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmədovla səmimi söhbət etməsi də diqqət çəkir.

Bu fakt Azərbaycan Prezidentinin MDB dövlət başçıları arasında necə böyük nüfuza malik olmasını bir daha təsdiq etməklə yanaşı, Ermənistan rəhbərinin demək olar ki, heç bir nüfuzunun olmadığını göstərir.

1news.az

Paylaş:
703

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər