İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işləri ilə tanış olub – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işləri ilə tanış olub – FOTO – YENİLƏNİB

13:02 - 15 / 11 / 2018
İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işləri ilə tanış olub – FOTO – YENİLƏNİB

Prezident İlham Əliyev noyabrın 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyevin 2016-cı ilin avqustunda imzaladığı müvafiq sərəncamlarla ayrılmış vəsaitlər hesabına Bakı şəhərinin Yasamal rayonunda yerləşən Füzuli meydanı ətrafındakı ərazidə yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin görülməsi, habelə Təzəpir məscidinin ətrafındakı ərazinin abadlaşdırılması, buranın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ziyarətə gələnlərə avtomobillərini saxlamaları üçün imkan yaratmaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə iri həcmli layihələrin icrasına başlanılıb.

İlkin mərhələdə Statistika dairəsi-Nərimanov heykəli-Füzuli meydanını əhatə edən 26 hektar ərazidə tıxacların aradan qaldırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. O cümlədən Füzuli meydanını Nərimanov prospekti ilə birləşdirən yeni prospekt salınıb, yeni yol qovşaqları tikilib və mövcud küçələr genişləndirilib.

Növbəti mərhələdə isə Təzəpir məscidinin qarşısında xüsusi bağın salınması, Füzuli küçəsi boyunca Mərkəzi Parkın Nəriman Nərimanov prospektinədək davam etdirilməsi, əhali üçün istirahət-əyləncə guşələrinin yaradılması nəzərdə tutulur. Bununla da Bakı şəhərində yaşıllıq zonalarının artırılması və şəhərin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılmış olacaq.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq sahələrinin salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Paytaxtımızda yeni, çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşası ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun gəlməyən, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilib. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu məhəllənin sökülməsi Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olmaqla, şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynadı. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir.

Aparılan işlərin gedişi ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

Paylaş:
748

Son xəbərlər

FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16
Bütün xəbərlər