İlham Əliyev sosial şəbəkələrdə ən populyar liderlərdən biridir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev sosial şəbəkələrdə ən populyar liderlərdən biridir

09:39 - 11 / 12 / 2018
İlham Əliyev sosial şəbəkələrdə ən populyar liderlərdən biridir

Twiplomacy saytı dünya liderlərinin sosial şəbəkələrdə aktivliyi ilə bağlı illik hesabat dərc edib.  

1news.az-ın Twiplomacy saytına istinadla verdiyi xəbərə görə, hesabata əsasən Azərbaycan Prezidenti İlham Əliyev Instagram sosial şəbəkəsində abunəçilərinin sayına görə postsovet məkanının ən populyar liderlər arasında yer alıb.

Hesabatda göstərilir ki, postsovet məkanında ilk beşliyə daxil olan liderlərdən Rusiyanın Baş naziri Dmitri Medvedevin 2,91 milyon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 831,7 min, Azərbaycan Prezidenti İlham Əliyevin 236,7 min, Ukrayna Prezidenti Petro Poroşenkonun 123,6 min, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin isə 77,9 min abunəçisi var.

Dünya reytinqində Hindistanın Baş naziri Narendra Modinin 15 milyona yaxın, İndoneziya Prezidenti Coko Vidodonun 12 milyondan çox və ABŞ Prezidenti Donald Trampın 10 milyondan artıq abunəçisi qeydə alınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4,35 milyon abunəçi ilə ilk onluqda (6-cı yer) yer alıb.

Araşdırmaya əsasən, son bir il ərzində Azərbaycan Prezidentinin hesabında 142 yazı (139-u foto, 3-ü isə video ilə) yerləşdirilib. Ümumilikdə isə bu postları 1,038 milyon nəfər bəyənib və 2859 şərh yazılıb. Akkauntun auditoriyası son 1 il ərzində 65 420 nəfər artaraq 236 749 abunəçiyə çatıb.

S.Xankişiyeva

 

Paylaş:
399

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər