İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

17:37 - 06 / 02 / 2020
İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

"Hörmətli Valeri Vasilyeviç, xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Şadam ki, sizin NATO-dakı həmkarlarınızla mühüm görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycana gəlişiniz müntəzəm xarakter daşıyır. Həmçinin Bakının Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerinə çevrildiyinə görə bir daha Rusiya tərəfinə minnətdarlığımı bildirmək istərdim. Bu proses artıq üç ildir ki, davam edir və əlbəttə, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bizə etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir. Buna görə regionda və dünyada gələcək vəziyyət sizin həmkarınızla bugünkü görüşünüzdən asılı olacaq.

Əlbəttə ki, hər belə tədbir bir daha görüşmək və hərbi-texniki sahədə əməkdaşlığın gündəliyinə nəzər salmaq üçün yaxşı imkandır. Yəni, bizim sizinlə ötən dəfə, ötən il də qeyd etdiyimiz kimi, yaxşı nəticələrimiz, münasibətlərin tarixi, həm də gələcək üçün planlarımız var. Əlbəttə, biz bu istiqamətdə, həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə gəldikdə, qarşılıqlı fəaliyyəti möhkəmləndirmək işində çox uğurlu keçən ilə yekun vurmaq olar. Həm mənim Vladimir Vladimiroviç Putinlə və digər rəhbərlərlə müntəzəm görüşlərim, həm də qarşılıqlı səfərlər ölkələrimizin daha da yaxınlaşmasına təkan verib. Biz indi iqtisadi gündəlik üzrə fəal iş aparırıq. Müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş, indi isə daha artıq - yeddi yol xəritəsi reallaşdırılır və hər bir istiqamət üzrə də yaxşı nəticələr var.

Ticari-iqtisadi sahədə də yaxşı nəticələr olub. Ötən il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Nəqliyyat, turizm sahələrində də. Ötən il rekord sayda – 900 mindən çox rusiyalı turist Azərbaycanı ziyarət edib. Ötən ay – yanvarda isə yenə də artım olub. Buna görə də düşünürəm ki, bu il biz asanlıqla milyon həddinə çatacağıq. Bu, əlbəttə ki, məhz ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Çünki rusiyalılar özlərini rahat və vərdiş etdikləri şəraitdə hiss edirlər. Beləliklə, ötən ilin yekunları uğurlu olub. Bu il də sizinlə mühüm görüşdən başlayır. Düşünürəm ki, bu ili də yaxşı nəticələrlə başa vuracağıq. Sizə həmkarınızla yaxşı görüş arzulayıram".

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib:

"Hörmətli İlham Heydər oğlu, sağ olun. İcazə verin, NATO-nun hərbi rəhbərliyi ilə görüş üçün növbəti dəfə meydan yaratdığınıza görə Sizə təşəkkürümü bildirim. Əslində, yaranan beynəlxalq vəziyyət və sabitliyin olmadığı və gözlənilmədiyi, xüsusən Rusiyanın sərhədləri yaxınlığında da, Yaxın Şərqdə də beynəlxalq terrorizmlə gərginləşən mübarizə şəraitində olan bütün bu çətinliklər həm hərbi rəhbərliyin görüşünün, həm də bir sıra məsələlərin müzakirəsinin zəruriliyini şərtləndirir. Eyni zamanda, bunun fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir. Belə ki, bizim ortaq tariximiz və Sizin söylədiyiniz iqtisadi inkişafla bağlı həmin layihələrin fonunda mehriban qonşuluq münasibətlərimiz, hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, bir növ biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcəyik".

S.Xankişiyeva

 

Paylaş:
662

Son xəbərlər

Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10
Bütün xəbərlər