İlham Əliyev: "Şərq Tərəfdaşlı"ğı dövlətlərinə eyni münasibət göstərilməlidir - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: "Şərq Tərəfdaşlı"ğı dövlətlərinə eyni münasibət göstərilməlidir - YENİLƏNİB

13:36 - 18 / 10 / 2017
İlham Əliyev: "Şərq Tərəfdaşlı"ğı dövlətlərinə eyni münasibət göstərilməlidir - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az  xəbər verir ki, xəbər verir ki, Prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd etdi və bildirdi ki, Azərbaycan bu istiqamətdə fəal iş aparır.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğuladı.

Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırdı. Vitold Vaşçikovski Prezident İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd etdi. Polşanın xarici işlər naziri bildirdi ki, ölkəsi Azərbaycan ilə əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa toxunan Vitold Vaşçikovski Avropa İttifaqının xarici siyasətində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı, Ermənistan tərəfinin danışıqlar prosesini uzatmağa meyilli olduğu qeyd edildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin və nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu vurğulandı.

Dövlətimizin başçısı Polşa Prezidenti Andjey Dudanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Polşa Prezidentinə çatdırmağı xahiş etdi.

1news.az  

10:55

Prezident İlham Əliyev oktyabrın 18-də Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

Babək Cahandarov

 

Paylaş:
709

Son xəbərlər

Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43
Bütün xəbərlər