Prezident moldovalı həmkarı ilə görüşüb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident moldovalı həmkarı ilə görüşüb - FOTO - YENİLƏNİB

15:30 - 15 / 03 / 2018
Prezident moldovalı həmkarı ilə görüşüb - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Moldova Respublikasının Prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Moldova Prezidenti İqor Dodonun VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Moldova Prezidentinin ötən il Bakıya səfərini və onunla beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı İlham Əliyev İqor Dodonun Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların artıq həyata keçirildiyini məmnunluqla vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi və gələcəkdə siyasi, iqtisadi, humanitar, investisiya və digər sahələrdə birgə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin bir-birinə daha da yaxınlaşması ilə bağlı mühüm məsələlərin həll olunması istiqamətində gələcəkdə də mütəmadi təmasların davam etdiriləcəyinə əminliyini vurğuladı və ölkəmizin bu işdə maraqlı olduğunu dedi.

Moldova Respublikasının Prezidenti İqor Dodon VI Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Tədbirin önəmini qeyd edən Moldova Prezidenti Forumda ölkəsinin ilk dəfə təmsil olunmasını məmnunluqla vurğuladı. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən Moldova Prezidenti yaxın zamanlarda hökumətlərarası komissiyanın fəaliyyətə başlayacağına ümidvar olduğunu dedi. Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan İqor Dodon bu səfər zamanı keçirilən görüşlərin artıq nəticələr verdiyini vurğuladı. O, bir neçə gün bundan əvvəl Qaqauziyada Heydər Əliyev Fondunun nümayəndələri ilə birlikdə mühüm sosial layihənin təməl daşının qoyulması mərasimində özünün şəxsən iştirak etdiyini dedi.

Prezident İqor Dodon əlaqələrimizin möhkəmlənməsi işində Moldovada fəaliyyət göstərən Azərbaycan diasporunun rolunu xüsusi qeyd etdi.

1news.az

Paylaş:
544

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər