İlham Əliyev: Mehriban xanımın hazırladığı xörəkləri daha çox sevirəm – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev: Mehriban xanımın hazırladığı xörəkləri daha çox sevirəm – FOTO – VİDEO

15:46 - 06 / 04 / 2018
İlham Əliyev: Mehriban xanımın hazırladığı xörəkləri daha çox sevirəm – FOTO – VİDEO

Azərbaycan mətbəxi olduqca dadlı, müxtəlif, lakin çox təhlükəlidir.

Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin direktoru Mixail Qusmana verdiyi müsahibədə bildirib.

Mixail Qusmanın Azərbaycan mətbəxindən ən sevdiyiniz xörəklər hansıdır sualına dövlət başçısı belə cavab verib:

- Əlbəttə ki, hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanklarının göstəricisidir. Azərbaycan mətbəxi də olduqca dadlı, müxtəlif, lakin çox təhlükəlidir.

- Təhlükə nədədir?

- Təhlükə əsasən çəkinin qarşısının almamaqdadır.

Burada kiçik haşiyəyə çıxaraq qeyd edək ki, İlham Əliyev çəkiyə nəzarətin vacibliyinə əbəs yerə toxunmayıb. Azərbaycan lideri olduqca ağır iş gününə baxmayaraq, asudə zamanlarda idmanla fəal surətdə məşğul olur. İlham Əliyev hər gün idmanla, ən azından həftədə 3 dəfə məşğul olmağı tövsiyyə edir. Dövlət başçısı bildirib ki, bu, istər insanın sağlamlıq nöqteyi-nəzərindən, istərsə də, ümumilikdə çox vacibdir.

Düzgün fiziki bədən quruluşuna sahib Prezident gənclərə hər zaman nümunədir. Hər kəs İlham Əliyevin Bakı Tennis Akademiyasında idman ləvazimatlarını yoxlaması, turnikdə 10 dəfə dartınması ilə bağlı kadrları görüb.

Daha sonra isə M.Qusman “Azərbaycan – arıqlamaq istəməyənlər üçün cənnək məkandır” öz dostları və həmkarlarına məsləhət gördüyünü deyib, buna isə İlham Əliyev belə cavablandırır:

- Düşünürəm ki, haqlısınız. Gündəlik həyatımda yeməkdən sui-istifadə etməməyə çalşıram. Hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı mətbəx yoxdur. Düşünürəm ki, hər xalqın nümayəndəsi öz mətbəxini sevir. Mən də istisna deyiləm. Azərbaycan mətbəxindən ən sevdiyim xörəklərə gəlincə, deyim ki, hamısını sevirəm. Lakin ən çox həyat yoldaşım Mehriban xanımn hazırladıqlarını sevirəm. O, bu sahədə çox yaxşı mütəxxəsisdir. Əlbəttə ki, bu, mənə və ailəmin bütün üzvlərini sevindirir.

- Bu, hazırda Mehriban xanımın Birinci vitse-prezident, eləcə də digər vəzifələri məsuliyyətlə yerinə yetirdiyi bir vaxtda olduqca qiymətlidir. Və o, buna vaxt tapdığı üçün xüsusilə qiymətlidir.

- Bəli. Biz əlbəttə ki, bunu qiymətləndiririk. Və ailənin bütün üzvlərinə belə qayğıkeş olmasına görə minnətdarıq.

Sosial şəbəkələrdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın kulinariya əsərləri ilə Leyla Əliyeva tanış edir. Öz səhifələrində Leyla Mehriban xanımın hazırladığı xörəkləri təsirli qeydləri ilə paylaşır.

Burada Mehriban Əliyeva “Napoleon” tortunun bəzəyir.

Bu fotolarda isə Mehriban Əliyeva həyat yoldaşı Prezident İlham Əliyevin ad günü münasibətilə ziyafət süfrəsi üçün qutab hazırlayır.

Bu qayğanağı birinci xanım oğlu Heydər Əliyev üçün hazırlayıb.

Mehriban  Əliyevadan balıq buğlaması.

 

Dadlı nahar – borş və kökə, kotlet və lavaşda qiymə.

Mixail Qusman daha əvvəl də Mehriban Əliyevanın kulinariya istedadı ilə bağlı “Qəlblərin kraliçası” adlı məqalə yazaraq burada birinci xanımın həyatından təsirli epizodları da bölüşmüşdü:  

“Təntənəli gecədən sonra Prezident bir neçə qonaq və Azərbaycanın olimpiya nümayəndə heyətinin rəhbərlərini Londonda “Bakı” restoranına kiçik tərkibdə bayramı qeyd etməyə dəvət edir. Dəvətlilər arasında İTAR-TASS-ın o zamankı baş direktoru, indi isə senator Vitali İqnatenko da vardı. O, çox mehriban, istiqanlı və şən insan idi. Hər kəsin əhval-ruhiyyəsi əla idi. Belə ki, azərbaycanlı idmançılar öz bacarıqlarını çox gözəl nümayiş etdirmişdilər. Əlbəttə ki, gecəyə qonaqpərvər insan kimi prezident və birinci xanım da rəng qatırdı.

Və gecə sona çatana yaxın kimsə, bəlkə də zarafatcasına söylədi: “İndi pomidor-yumurtanın əsl yeridir!”.

Bu sözlər hər kəsin xoşuna gəldi. Həmçinin bu sözləri prezident də xoş qəbul etdi. Mehriban xanım elə bu an həyat yoldaşına və qonaqlara diqqət yetirərək söylədi:

“Pomidor-yumurta istəyirsiniz? Yaxşı, indi təşkil edərik!”. Ayağa qalxaraq əmin addımlarla restoranın mətbəxinə doğru getdi. Düşündüm ki, o, mətbəxdə göstəriş verərək, 2-3 dəqiqədən sonra qayıdacaq. Aradan bir müddət keçdirkdən sonra peşə marağımdan dolayı mətbəxə yollandım.

Orada gördüyüm səhnədən heyrətləndim. Mətbəxin ortasında iri qaz sobasının qarşısında əlində diametri bir metr olan tava ilə Mehriban xanım dayanmışdı. Ətrafdakılar – ofisiantlar, aşbazlar isə birinci xanımın öz əllərilə yemək bişirməsindən heyrətlənrək səssizcə tamaşa edirdilər.

Bir neçə dəqiqədən sonra Mehriban xanımın rəhbərliyi ilə ofisiantlar zala nəhəng tavanı gətirdilər. Ən heytərləndiricisi isə – Mehriban xanımın mətbəxdən çıxamasına baxmayaraq, sanki saraydan çıxması oldu. Bu an İngiltərədə olmağıma, bəlkə də monarx ab-havasına qapılaraq beynimdə fikir yarandı: “Kraliça!”.

Həqiqətən də, kim, planetin hansı birinci xanımı bu cür kraliçasayağı jest edər? Mətbəxə gedərək Mehriban xanım əsl ev sahibəsi, əsl xanım kimi qonaqlar üçün xoş bir məqam yaşatmaq istədi. Ən əsası isə, həmin məqamda Mehriban xanım əsl dost və sevimli yoldaşı kimi ərinin arsuzunu yerinə yetirməsi oldu. Dünyanın hansı birinci xanımı (peşəmdən və peşəkar şəraitdən irəli gələrək bu statusa sahib bir çox xanımlarla tanış olmaq imkanım olub) bu cür hərəkət etməyi bacarıb? Düşünürəm ki – heç kim. Bu gün əminliklə təkrar edirəm: “Kraliça!”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
4369

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər