İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib - YENİLƏNİB

13:58 - 11 / 12 / 2018
İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarının həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirdi. Ölkələrimizin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlətimizin başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, Prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzuladı. O, Azərbaycan Respublikasının Prezidenti ilə yenidən görüşməkdən, dövlətimizin başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və dərin mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini dedi və Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

S.Xankişiyeva

Paylaş:
573

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər