“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb - FOTO

12:40 - 18 / 11 / 2017
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb - FOTO

Qafqaz bizim ümumi evimizdir, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir.

Biz öz tərəfimizdən regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması, müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün vətəndaşlar eşidir və hörmətli ağsaqqallar kimi, sizdən çox şey asılıdır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilmiş hesabat konfransının iştirakçıları ilə görüşündə söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabında toplanan materiallar 2011-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.

Bu kitab Prezident İlham Əliyevin 9 May – Qələbə bayramı münasibətilə Bakıda təntənəli mərasimdə iştirakına dair materialla başlayır.

Nəşrin 46-cı kitabında dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Çexiya, Fələstin dövlətlərinin, habelə dövlətimizin başçısının Serbiyaya, Sloveniyaya rəsmi, İtaliyaya, Belçika Krallığına, Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərlərinə, bu ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Fransa, ABŞ, Gürcüstan, İran, Britaniya, Rusiya, Türkiyə, Norveç və digər ölkələrin, ISESCO, ATƏT, BMT, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, Dünya Bankı, Avstriyanın OMV şirkəti və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Prezident İlham Əliyevin Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransının açılış mərasimində, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci və Silahlı Qüvvələrin yaradılmasının 93-cü ildönümləri münasibətilə təntənəli hərbi paradda, Dünya Azərbaycanlılarının III Qurultayında nitqləri, “Bakı ürək günləri” Beynəlxalq Konqresinin iştirakçılarına müraciəti daxil edilib.

Nəşrin bu cildində dövlətimizin başçısının Sumqayıt şəhərinə səfərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, ictimaiyyətlə görüşlərinə dair materiallar əksini tapıb, habelə kütləvi informasiya vasitələrinə müsahibələri yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 46-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

S.Xankişiyeva

 

Paylaş:
921

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər