İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul edib - FOTO - YENİLƏNİB

18:25 - 20 / 11 / 2017
İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul edib - FOTO - YENİLƏNİB

Prezident İlham Əliyev noyabrın 20-də FIFA-nın prezidenti Gianni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.

1news.az-ın məlumatına görə, FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlətimizin başçısı ilə görüşündən məmnunluğunu bildirdi. O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd etdi və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirdi. FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlətimizin başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğuladı və qeyd etdi ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlətimizin başçısı bildirdi ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir. İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan Prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd etdi. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlətimizin başçısı bildirdi ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev əminliklə bildirdi ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

FIFA prezidenti Canni İnfantino dedi: “Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir. Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

Canni İnfantino Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd etdi. O bildirdi ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirdi ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğuladı və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd etdi.

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim etdi.

1news.az

Paylaş:
607

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər