1news.az

İlham Əliyev bu şəxslərə ali xüsusi rütbələr verdi – SİYAHI

20 Noyabr saat 16:27 ~ 1 dəqiqəlik oxu 50
 İlham Əliyev bu şəxslərə ali xüsusi rütbələr verdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilsin.
  2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.

  1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net