İlham Əliyev: “Dünyada sülhə təhdidlərin artması xalqların dinc birgəyaşayışına ciddi təhlükə yaradır” | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: “Dünyada sülhə təhdidlərin artması xalqların dinc birgəyaşayışına ciddi təhlükə yaradır”

12:48 - 26 / 04 / 2018
İlham Əliyev: “Dünyada sülhə təhdidlərin artması xalqların dinc birgəyaşayışına ciddi təhlükə yaradır”

Azərbaycan prezidenti İlham Əliyev Qusarda keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın verdiyi xəbərə görə, prezidentin köməkçisi Əli Həsənov müraciəti oxuyub.

Müraciətdə qeyd olunub ki, bu günlər 1918-ci ildə xalqımıza qarşı millətçi erməni daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilən soyqırımın 100 iliyinə təsadüf edir:

“Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi amansızlıqla həyata keçirilib. Çoxmillətli və çoxkonfesiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.

Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilib”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münaqişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətlərin, bəlaların qarşısının alınması yolunda böyük maneə yaradır:

“Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv-hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərindən araşdırılması, gerçək fakt və təhlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasından vacib rol oynayacaq.

İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələri soyqırımların tədqiqi sahəsində formalaşan müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sanballı əsərlərinin işıq üzü görməsinə təkan verəcək. Bu şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzu edirəm”.

1news.az

Paylaş:
493

Son xəbərlər

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Cavanşir Məmmədovla vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:23Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər